Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANIN BÜTÖVLÜYÜ ABŞ GÜNDƏMİNDƏ
AZƏRBAYCANIN BÜTÖVLÜYÜ ABŞ GÜNDƏMİNDƏ30-07-2012, 12:58 |
AMERİKALI KONQRESMEN ÖZ ÖLKƏSİNƏ NƏLƏRİ MƏSLƏHƏT GÖRDÜ? DİA.AZ: - Amerikalı konqresmen Deyn Rorabaher Vaşinqtonu cənubi azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırıb. O, dövlət katibi Hillari Klintona məktubunda Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin dəstəklənməsinin vacibliyini bildirib. DİA.AZ bildirir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat yayıb. “Konqresmenin məktubu İsraillə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında məlumatların nəticəsidir”, - konqresmenin ofisinin nümayəndəsi məktubu Turan-a belə şərh edib. “ABŞ ya belə əməkdaşlığı ya da ümumi düşmənimiz olan Tehranın tiran rejimini dəstəkləməlidir”, - eyni zamanda Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədri olan konqresmenin məktubunda deyilir. “İki yüz il əvvəl Azərbaycan xalqı coğrafi baxımdan iki yerə bölünüb və azərbaycanlıların çoxu Vətənin birləşməsinə çağırır”, - məktubda qeyd olunur. Konqresmen həmçinin bildirir ki, İranda etnik azərbaycanlıların sayı Azərbaycan Respublikasında olduğundan iki dəfə çoxdur. “Bu ölkə 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanıb. İndi də İran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtı çatıb”, - konqresmen yazıb. “Müstəqillik uğrunda mübarizədə Azərbaycan xalqının qanuni haqlarının dəstəklənməsi özlüyündə nəcib əməldir. Eyni zamanda bu, Tehran üçün daha böyük təhlükədir, nəinki onun yeraltı nüvə bunkerlərinin bombalanması”, - məktubda vurğulanır. Geri qayıt |