Əsas Səhifə > Hadisə > AZƏRBAYCANA ERMƏNİ MALLARI GƏTİRİLİR
AZƏRBAYCANA ERMƏNİ MALLARI GƏTİRİLİR30-07-2012, 12:07 |
GÖMRÜKÇÜLƏR 8 ADDA ERMƏNİ MALINI MƏHV EDİB Kütləvi informasiya vasitələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası gömrük orqanlarının müvəqqəti saxlanc anbarında saxlanılan idxalı və mülki dövriyyəsi məhdudlaşdırılmış, vaxtı ötmüş digər malların da yandırma üsulu ilə məhv olunması həyata keçirilib. “Olaylar” Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, məhv edilən ərzaq və qida məhsulları - 48 adda müxtəlif növ şokolad, konfet, biskvit, meyvə sirkəsi, limon suyu, bal olub. Keyfiyyəti tələblərə cavab verməyən, üzərində istehsal və istehlak müddəti göstərilməyən, vaxtı ötmüş, əmtəə görünüşü pozulmuş mallar arasında uşaq yeməkləri, eləcə də daha çox uşaqların istifadə etdikləri meyvə şirələri, “kukuruz”, “çipsi”, şirniyyat və s. üstünlük təşkil edib. İqtisadi təhlükəsizliyin, ictimai asayişin, milli-mənəvi dəyərlərin, intellektual mülkiyyət obyektlərinin, ətraf mühitin və istehlakçıların mənafeyinin qorunması tədbirləri nəticəsində qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının predmeti olmuş mallar məhv edilib. Bu istiqamətdə saxlanılan mallar - əsasən, “beşbarmaq”, bıçaq, qılınc, fişəng, çətənə toxumu və s. olub. Həmçinin, əxlaq normalarına zidd 494 CD, kart və jurnallar, dünyanın tanınmış firmalarına məxsus 175 kq saxta etiket, reklam kağızları, Ermənistan Respublikasına aid 8 adda əşyalar da yandırılıb Geri qayıt |