Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: AZƏRBAYCANDA İTALYAN HƏYASIZLIĞI
ŞOK: AZƏRBAYCANDA İTALYAN HƏYASIZLIĞI30-07-2012, 12:03 |
İTALYAN ŞİRKƏTİNİN MENECERİ AZƏRBAYCANLI XANIMI TƏHQİR EDİB DİA.AZ: - Ələt-Astara avtomobil yolunu inşa edəb İtaliyanın “Todini” şirkəti ilə bağlı yenə qalmaqal yaranıb. Çuxanlı kəndində şirkətin Qullo soyadlı menecerinin kobud davranışı yerli personalın hiddətinə səbəb olub. Belə ki, şirkətin oruc tutmuş Günel adlı xanım əməkdaşı Qullodan otaqda siqaret çəkməməyi xahiş edib. Qullo isə işlədiyi ölkənin adət-ənənələrinə əməl etmək əvəzinə Güneli qolundan tutaraq bayıra atıb. Hadisə ofisdə işləyən azərbaycanlıların hiddətinə səbəb olub. Baş verənlərdən qorxuya düşmüş Qullo şirkətin Bakıdakı mərkəzi ofisinə zəng vuraraq mühafizə rəisi Françeskodan kömək istəyib. Dərhal hadisə yerinə gələn Françesko baş verənləri araşdıraraq yerli işçilərin haqlı olduğunu deyib. Lakin bu hadisə şirkətdə işləyən azərbaycanlıların böyük qəzəbinə səbəb olub. İnsident zamanı Günelin halı pisləşib və təcili yardım çağırılıb. Bu barədə Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Qullonun evini mühafizə etmək üçün iki işçi ayrılıb. Baş verənlərlə bağlı “Todini” şirkətindən şərh almaq mümkün olmayıb. Şirkətin yerli əməkdaşları bundan əvvəl də administrasiyanın özbaşınalığından şikayət ediblər. Bu yaxınlarda inşaatçılar bildiriblər ki, onları +42 dərəcə temperaturda işləməyə məcbur ediblər. Bundan əvvəl Ələt-Astara yolunun tikintisinə cəlb olunmuş işçilər hüquqlarının pozulması ilə bağlı dəfələrlə etiraz aksiyası keçiriblər. Belə ki, bir neçə bundan əvvəl “Todini”nin Salyan ofisinin rəhbəri Brakoletti yerli işçiləri təhqir etdiyinə görə işdən qovulub. Lakin işçilərin hüquqları ilə bağlı vəziyyət heç dəyişməyib və yerli personala qarşı ayrı-seçkilik davam edir. Belə ki, eyni işə görə azərbaycanlı buldozerçi 1000-1100 manat, onun əcnəbi həmkarı isə 2000 manat alır. Ələt-Astara yolunun 112 km. hissəsi Dünya Bankı tərəfindən maliyyələşdirilir. Tikintiyə 2011-ci ilin fevralında başlanılıb və 2013-cü ildə başa çatacaq. Geri qayıt |