Əsas Səhifə > Siyasət, Manşet > ƏVVƏL KOMMUNİSTLƏR, İNDİ DƏ SİONİSTLƏR…

ƏVVƏL KOMMUNİSTLƏR, İNDİ DƏ SİONİSTLƏR…


29-07-2012, 14:36
ƏVVƏL KOMMUNİSTLƏR, İNDİ DƏ SİONİSTLƏR…

FARS-MOLLA REJİMİ AZƏRBAYCANI BU QÜVVƏLƏRİN İDARƏ ETDİYİNİ DEYİR

DİA.AZ: - Fars-molla rejimi antiAzərbaycan təbliğatını davam etdirməkdədir. Təkcə dünən ərzində İranın xüsusi xidmət orqanlarına aid portallarda 20-yə yaxın materialda ölkəmizə qarşı həqarət dolu ifadələr işlədilib ki, bütün bunlar da səbəbsiz deyil.

Bu fakt həm də onu təsdiqləyir ki, rəsmi Bakının «İran tərəfi mətbu atəşkəsə əməl edir» qənaəti də darmadağın olmaqdadır.

«AranNews» portalında yer alan sözügedən qəbildən olan məlumatlardan birini olduğu kimi diqqətinizə çatdırırıq:

«Mənbəmizin məlumatına əsasən, AR-nın ilk hicab şəhidi hacı Vaqif Abdullayevin anım mərasimində çıxış edən “Salari-şəhidan” məscidinin imam camaatı höccətül-islam vəl-müslimin Hüseyni bu şəhadət münüsibtilə həzrət Vəliyyi-Əsrə (əc) başsağlığı verməklə yanaşı dedi: “Dünyanın ikinci şiə ölkəsində islamofobiya siyasətləri çoxdan bəri başlayıbdır və məsciddən azanın verilməsinin qadağası, məscidlərin dağıdılması, idarə və universitetlərdə islami simvolların qadağası kimi müxtəlif mərhələlərdən keçərək, orta məktəblərdə hicab qadağasına çatdı. Bu mərhələdə azərbaycanlı dindarlar öz müqavimətlərini gücləndirdilər. Bu müqavimətin nəticəsində, əsasən də doktor Mövsüm Səmədovun odlu çıxışından sonra islamofobiya təqribən səngidi. Amma növbə islamçıların həbsinə çatdı və bu proqram çərçivəsində AİP-in sədri və onun müavini, digər funksionerləri və onlarla digər ruhani həbs olundu. Son vaxtlar isə həmin məhbuslardan biri olan AİP-in sədr müavini hacı Vaqif Abdullayev şəhid oldu”.

Şərqi Azərbaycanın Vəqf və Xeyriyyə İşləri İdarəsinin müdiri Vaqif Abdullayevin xəstə olmasına və məmurların bu məsələdən xəbərdar olmalarına işarə edərək dedi: “İslam qanunlarına, hətta beynəlxalq və Azərbaycan ölkəsinin öz qanunlarına əsasən, xəstəni zindanda saxlamaq icazəli deyil. Amma təəssüflər olsun ki, Azərbaycanın ilk şəhidi barədə bu qanuna riayət olunmadı”.

Höccətül-islam Hüseyni əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədə hicabın qadağan olunmasına toxunaraq dedi: “Siz nə üçün 4 faiz azlığı 96 faiz çoxluqla uyğunlaşdırmırsınız? Nə üçün müsəlmanların etiqadlarına etinasız yanaşırsınız? ”

Hüseyni Azərbaycandakı islamofobiya siyasətlərinin kökünün kommunistlərin dövrünə gedib çıxmasından və bu gün də sionistlərin həmin siyasəti davam etdirmələrindən söz açaraq dedi: “Şübhəsiz, hacı Vaqifin şəhadəti Azərbaycanın sionistsayağı anti-İslam siyasətlərinin qarşısında möhkəm sədd olacaq və islami oyanış bu ölkəni bürüyəcək”.

Höccətül-islam Hüseyni AİP-in mərhum sədri hacı Əlikramı da yada saldı və partiyanın hazırkı sədrinin zindandan azad olması barədə dua etdi.

Qeyd edək ki, Azərbaycanın ilk hicab şəhidi hacı Vaqif Abdullayevin anım mərasimi cümə günü məğrib və işa namazlarından sonra Təbrizin imam cüməsi, hövzə və universitet müəllimləri və Təbriz əhalisinin müxtəlif təbəqələrinin iştirakı ilə “Salari-şəhidan” məscidində keçirildi».

ƏVVƏL KOMMUNİSTLƏR, İNDİ DƏ SİONİSTLƏR…

Digər materialda isə deyilir:

«Hacı Vaqif Abdullayevin Təbrizin “Saları-şəhidan” məscidində keçirilən anım mərasimində iştirak edən Təbriz Universitetinin müəllimi və Azad İslam Universitetinin elm və tədqiqat kafedrasının müdiri doktor Cavanpur “Aran”-ın müxbiri ilə müsahibəsində deyib: “Azərbaycan islamçıları öz şəhadətləri ilə Qarabağı azad edə biləcək mənəvi hazırlıq mərhələsinə çatıblar, amma əfsus ki, bu fürsət onlara verilmir”.

Doktor Cavanpur həmçinin deyib: “AR dövləti üçün ən önəmli məsələ Qarabağın azadlığı olmalıdır. Amma çox təəccüblüdür ki, dövlət bu barədə heç bir addım atmamaqdan əlavə, Qarabağın həqiqi müdafiəçisi və onun azad olunmasını istəyən islamçıları da zindanlarda həbs edir və onlar zindanın əlverişsiz şəraitində şəhid olurlar”».

Geri qayıt