Əsas Səhifə > Gündəm, Manşet > QUBANIN SABİQ İCRA BAŞÇISI SAXLANILDI

QUBANIN SABİQ İCRA BAŞÇISI SAXLANILDI


29-07-2012, 14:17
QUBANIN SABİQ İCRA BAŞÇISI SAXLANILDI

RAUF HƏBİBOV BARƏSİNDƏ İKİ MADDƏ İLƏ CİNAYƏT İŞİ QALDIRILIB

DİA.AZ: - Bu ilin 1 mart olayları zamanı vəzifəsindən alınmış Qubanın sabiq icra başçısı Rauf Həbibovla bağlı bu vaxta qədər müxtəlif məlumatlar yaılsa da, onun hansısa yeni görəvə gətirələcəyi iddia olunsa da, bunların heç biri baş vermədi. Bu gün isə onun özünün hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılıb.

Bu barədə DİA.AZ-a məlumat verən etibarlı mənbələrin sözlərindən belə aydın olur ki, Rauf Həbibov dünən axşam saatlarında polis tərəfindən saxlanılıb və yalnız bu gün günorta saatlarında sərbəst buraxılıb. Mənbəmiz iddia edir ki, gecədən səhərə qədər keçmiş icra başçısı istintaqçılar tərəfindən dindirilib və ifadəsi alınıb.

Xatırladaq ki, buna qədər də Rauf Həbibovun istintaq tərəfindən dindirildiyi söylənilirdi. Amma bu dəfə keçmiş icra başçısına cinayət məcəlləsinin iki maddəsi ilə ittiham da səslənib. Mənbəmizin sözlərinə görə, sabiq icra başçısına qarşı CM-nin 309.1 (vəzifə səlahiyyətlirin aşma) və 72-ci maddələri ilə cinayət işi açılıb.

Məlumatı verən qaynağın iddialarına görə, başçının sərbəst buraxılmasına, barəsində dərhal həbs qərarının verilməməsinə səbəb kimi, onun yuxarıdakı himayədarlarının baş verənlərə müdaxilə etməsi nədən olub.

Onu da xatırladaq ki, bu vaxta qədər sözügedən cinayət işi ilə əlaqədar 40-a yaxın Quba rayon sakini həbs edilib və onların əksəriyyəti Qubadakı regional «Xəyal» telekanalının əməkdaşlarıdır.

Geri qayıt