Əsas Səhifə > Cəmiyyət > DÜNYA ÇEMPİONU DÖNÜŞ QƏRARINI VERDİ

DÜNYA ÇEMPİONU DÖNÜŞ QƏRARINI VERDİ


29-07-2012, 13:21
DÜNYA ÇEMPİONU DÖNÜŞ QƏRARINI VERDİ

AMMA RİNQƏ YOX, SƏHNƏYƏ

“Şeron” qrupunun keçmiş üzvü Rəşad Ziyad Xan yenidən səhnəyə qayıdır. Bir neçə il öncə keçirdiyi avtomobil qəzasından sonra sənətdən uzaqlaşan müğənni fəaliyyətini tam bərpa etmək niyyətindədir.

Rəşad Ramalın ona verdiyi “Sevən Deyiləm” mahnısının üzərində çalışıb. Hal hazıda 6 yeni musiqilər üzərində iş gedir. Bu sıraya “Azərbaycanımın a ceyran balası”, “Şən-şən baxıb keçdin”, “Qısqanıram”, “Bir gün qovuşsaq”, “Poppuri” və

“Sevən deyiləm” mahnıları aiddir.

Qeyd edək ki, “Şeron” qrupunun keçmiş solisti Rəşad Ziyad Xan əslən Gürcustanlıdır. 1995-ci ildə Bakıya gəlib. Burda ali məktəbə daxil olub. Universitet illərindən səhnəyə gəlib. Uşaqlıqdan idmanla da məşğul olub, karateçidir. Bu müddətdə yaşadığı müddətdə Azərbaycanı yüksək səviyyədə təmsil edib, 2 dəfə Dünya çempionu olub. Öz çəkisində qara kəmər sahibidir. Müğənnilik fəaliyyətinə başladığı qısa müddət ərzində “Şeron” qrupuna dəvət alıb və orda 3 il 8 ay fəaliyyət göstərib. \ qaynar.info \

Geri qayıt