Əsas Səhifə > Güney Press / Manşet > "AMAY" ŞEFİ BARƏSİNDƏ HƏBS QƏRARI

"AMAY" ŞEFİ BARƏSİNDƏ HƏBS QƏRARI


28-07-2012, 17:26
"AMAY" ŞEFİ BARƏSİNDƏ HƏBS QƏRARI

ÖLKƏDƏN QAÇMAQ İSTƏYƏN ABDULLA ABDULLAYEVİN YOLLARI BAĞLANACAQ

DİA.AZ: - Bir neçə gün əvvəl Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsi tərəfindən bankı ləğv edilən В«AMAYВ» Ticarət Mərkəzinin rəhbəri, Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin sədri Abdulla Abdullayev ölkədən qaçaq düşə bilər.

Bu barədə məlumatı DİA.AZ-a bilgili qaynaqlar ötürüb. Xəbəri verən mənbə iddia edir ki, В«BirlikBankВ» ASC-nin müflis elan olunması əslində, Abdulla Abdullayevin müflis elan olunmasının rəsmi təsdiqididir.

Xatırladaq ki, buna qədər də Abdulla Abdullayevin başı cəncəldə idi. Hətta bir ara В«TexnikaBankВ»ın rəhbərliyi ilə Abdulla Abdullayev arasında bir konflikt də yaşandı. Sonradan В«AMAY şefi ilə aşkar surətdə döyüşən В«TexnikaBankВ»ın Müşahidə Şurasının sədri Etibar Əliyev həbs olundu. Bu zaman belə bir təəssürat yarandı ki, Abdulla Abdullayev Etibar Əliyevin həbsində rol oynayıb. Amma məsələnin heç də В«AMAYВ»la bağlı konfliktlə aid olmadığı və bu prosesdə Abdulla Abdullayevin boşundan qürrələndiyi ortaya çıxdı.

Az sonra Abdulla Abdullayevin özünün bankının müflis elan edilməsi isə hər şeyi tam olaraq ortaya çıxarmış oldu. Bu barədə məlumatı verən mənbə onu da söylədi ki, yaxın günlərdə В«AMAYВ» şeyi ölkədən gedə bilər: В«Bunun üçün bütün tədarüklər görülüb. Hətta В«AMAYВ»ı belə türkiyəli iş adamlarından birinə satmağa fürsət tapan Abdulla Abdullayev hər şeyi sakit yola vermək istəsə də, bu baş tutmayacaqВ».

Xatırladaq ki, Abdulla Abdullayevə qədər lisenziyası ləğv edilən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev sakit şəkildə ölkəni tərk etmişdi və sonrada Fransada yerləşən sabiq rektor rəsmi Bakıya qarşı hücumlara start verdi. İndi Abdulla Abdullayevin timsalında anoloji problemi yaşamaq istəməyən hakimiyyət nümayəndələri onun ölkədən çıxışını da əngəlləməyə hazırlaşırlar.

Mənbəmiz iddia edir ki, bunun üçün fərqli bir bəhanə ilə В«AMAYВ» şefi barəsində həbs qərarı da çıxarıla bilər.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt