Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCANIN PİLOTSUZ TƏYYARƏSİNİ RUSLAR VURUB
AZƏRBAYCANIN PİLOTSUZ TƏYYARƏSİNİ RUSLAR VURUB27-10-2011, 13:22 |
BU MƏLUMATI İSRAİL MƏTBUATI YAYIB İsrailin kəşfiyyat və təhlükəsizlik sahəsində ixtisaslaşan Debkafile saytı bildirir ki, sentyabrın 12-də Dağlıq Qarabağda Azərbaycan pilotsuz təyyarəsi erməni silahlı qüvvələri tərəfindən deyil, Rusiya hərbi birləşməsi tərəfindən vurulub, bu zaman xüsusi avadanlıqdan istifadə edilib. Debkafile hərbi mənbələrə istinadla bildirir ki, Rusiyanın və İranın İsrail-Azərbaycan hərbi əməkdaşlığına qarşı qısqanc münasibəti olmasına baxmayaraq, pilotsuz təyyarələrin satışı davam edir. Yaxın iki ay ərzində Azərbaycan ordusu iki növdə 60 pilotsuz təyyarə qəbul edəcək. Bu, maksimal yüksəkliyi 4-6 kilometr olan və 5 saata qədər havada qala bilən 2M Orbiter və 10 km-ə qədər yüksəkliyə qədər qalxa bilən və havada 12 saata qədər qala bilən Aerostar təyyarələridir. Həmçinin gündəlikdə bu uçuş aparatlarının idarə olunan miniraketlərlə təchiz edilməsi durur. İsrail ordusunda bu raketlərdən səmərəli istifadə olunur. Debkafile-in istinad etdiyi qərbin kəşfiyyat mənbələrinin məlumatına görə, Qüds və Bakı həmçinin İsrailin hərbi casus peyklərinin satışı üzrə dərin müzakirələr aparır. Amma İran mənbələrinin iddia etdiyinə görə, artıq İsrail Azərbaycan ərazisində Xəzər dənizinin sahilində xüsusi RLS-lər quraşdırıb, onlar pilotsuz təyyarələrdən uzaq məsafədən İran ərazisini və xüsusən nüvə obyektlərini müşahidə etmək üçün istifadə edir. Geri qayıt |