Əsas Səhifə > Güney Press / Manşet > CAVİD QURBANOVUN BAĞ EVİ YANARAQ KÜL OLUB
CAVİD QURBANOVUN BAĞ EVİ YANARAQ KÜL OLUB28-07-2012, 16:39 |
![]() YANĞIN NƏTİCƏSİNDƏ ASC PREZİDENTİNƏ CİDDİ ZİYAN DƏYİB DİA.AZ: - Redaksiyamıza hökumət içindəki mənbələrdən ilginc bir məlumat ötürülüb. Belə ki, verilən xəbərlərdə hakimiyyətin çox nüfuzlu məmurlarından birinin bağ evinin yandığı söylənilir. Doğrudur, ilkin qaynaq həmin bağ evi sahibi olan dövlət məmurunun kimliyini açıqlamır. DİA.AZ olaraq apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, bağı yanan şəxs В«AzəravtoyolservisВ»in prezidenti Cavid Qurbanovdur. Redaksiyamıza bu barəd açıqlama verən Fövqəladə Hallar Nazirliyindəki qaynaq iddia edir ki, Cavid Qurbanovun bağ evi bu gün yox, 4 gün əvvəl yanıb: В«Yanğın zamanı bağ evində kimsə olmayıb. Sadəcə olaraq 48 kvadratmetrlik ərazi yanıb və evə ciddi maliyyə ziyanı dəyib. Belə ki, yanğın nəticəsində bahalı texniki avadanlıqlar sıradan çıxıb. Elə yanğının səbəbi kimi də həmin texniki avadanlıqlardan birinin alışması göstərilirВ». Mənbəmiz onu da bildirdi ki, bu məlumatın gizli tutulmasının nədənlərini bilmir: В«Ola bilsin ki, Cavid müəllimin özü məlumatın ictimailəşməməsini istəyibВ». Geri qayıt |