Əsas Səhifə > Gündəm, Manşet > ANTİMEHDİYEV KOALİSİYASI HƏRƏKƏTƏ KEÇİR
ANTİMEHDİYEV KOALİSİYASI HƏRƏKƏTƏ KEÇİR28-07-2012, 13:46 |
PREZİDENT ADMİNİSTRASİYASI DAXİLİNDƏ MƏXMƏRİ İNQİLAB PLANI DİA.AZ: - Neçə müddətdir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən alınacağı ilə bağlı məlumatlar yayılsa da, hələ də hakimiyyətin əsas idarə mexanizmini öz əlində saxlayan «boz kardinal»ı yerindən tərpədən olmayıb. Amma buna rəğmən son aylarda Ramiz Mehdiyevin mövqelərinin kifayət qədər cilli sarsıntıya məruz qaldığı da söylənilir. Hətta DİA.AZ-a daxil olan məlumatlardan belə aydın olur ki, bu mövqe zəifliyi fonunda həvəslənərək ürəklənən antimehdiyevçi cinahda bir hərəkətlənmə də baş qaldırıb. Söhbət Prezident Administrasiyasının şöbə müdirləri - Əli Əsədovla Zeynal Nağdəliyevin təşkil etdiyi qruplaşmadan gedir. Redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, artıq Ramiz Mehdiyevi devirə biləcəklərinə tam əmin olan və hətta bu məsələdə «yuxarıların» da dəstəyinə güvənən antimehdiyevçi cinahın üzvləri öz aralarında anlaşaraq, PA-ya növbəti rəhbərin kim olacağı məsələsində də razılıq əldə ediblər. Hələlik bu barədə heç bir məlumat verilməsə də, yalnız söyləniləni odur ki, razılıq var və «koalisiya» hətta PA daxilində «məxməri inqilab» ssenarisi üzərində baş sındırır. Onu da qeyd edək ki, Ramiz Mehdiyevə qarşı əks qütbü təşkil edən Zeynal Nağdəliyev birbaşa olaraq prezident İlham Əliyevə yaxın fiqur kimi səciyyələndirilir. Əli Əsədov isə Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun qohumudur. Və belə bir ittifaqın nəyəsə nail olma şansları maraqlıdır ki, əksər ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Bu barədə redaksiyamıza verilən açıqlamaların birində vurğulanır ki, Ramiz Mehdiyev karyerasının payızına qədəm basdığından, onun qarşıdan gələn prezident seçkilərini də vəzifə başında qeyd etməsi inandırıcı deyil: «Bu həm də prezident İlham Əliyevin marağında olmamalıdır». Geri qayıt |