Əsas Səhifə > Gündəm, Manşet > ABU-NUN KEÇMİŞ REKTORUNUN BİABIRÇI KEÇMİŞİ
ABU-NUN KEÇMİŞ REKTORUNUN BİABIRÇI KEÇMİŞİ28-07-2012, 12:16 |
ELŞAD ABDULLAYEV SUSMAZSA, O ZAMAN ONA YAXIN ÇEVRƏDƏ HƏBSLƏR OLACAQ DİA.AZ: - Son zamanlar ölkə mətbuatında ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin hakimiyyətin ən yüksək dairələrində təmsil olunan məmurlara qarşı sərt açıqlamaları dərc edilir. Sabiq rektor əsasən, qardaşı Mahir Abdullayevin itkin düşməsi barədə hüquq-mühafizə orqanlarında işləyən yüksək vəzifəli məmurları ittiham edir. Maraqlıdır ki, Elşad Abdullayevin bu açıqlamaları mətbuatda birmənalı xarakterizə edilmir. Sabiq rektorun açıqlamaları ilə yanaşı, onun yalan danışdığı, hətta qardaşı M.Abdullayevin itkin düşməməsi barədə məlumatlar da yer alır. Bildirək ki, hazırda Fransada mühacir həyatı yaşayan sabiq rektorun bu açıqlamaları yerli ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır. Çünki dünənə qədər qəzetlər Beynəlxalq Universiteti bir bazar olaraq təqdim ediblər və bu ALİ TƏHSİL BAZARINDAKI özbaşınalıqlardan yazıblar. İndi nə baş verir? Elşad Abdullayev ABU bağlanandan sonra müqəddəsləşibmi? Yoxsa keçmiş rektoru Fransada xaç suyuna salıblar və artıq onun keçmiş günahları, BƏLİ, MƏHZ GÜNAHLARI görünməz olub, Allah yanında bdağışlanıb? Amma kimin nəyi necə düşünməsindən asılı olmayaraq, ortada real faktlar var ki, onlardan kimsənin qaçması qeyri-mümkündür. Nədir bu faktlar? Xatırladaq ki, zamanında ABU ilə bağlı materiallarda nəinki təhsilin aşağı səviyyəli olmasından, hətta bu ali tədris ocağında bir əxlaqsız mühitin hökm sürməsindən də yazılıb. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbələr iddia edir ki, artıq Elşad Abdullayevin əlindən cana doyan rəsmi dairələr ABU-nun məhz bu «qaranlıq günlərinə» işıq salmaq fikrinə düşüblər. Qeyd edək ki, bu məlumatla yanaşı, mənbəmiz redaksiyamıza çox ilginc və tükürpədən faktları da çatdırıb. Əldə etdimyimiz informasiyalardan aydın olur ki, sən demə, əvvəldən ABU-dakı əxlaqsız mühitlə bağlı hüquq-mühafizə orqanları dəfələrlə məlumatlandırılıb. Lakin Elşad Abdullayev bütün bu faktları pul gücünə zamanında ört-basdır etməyə müvəffəq olub. Və ona görə də bu gün bir kimsə köhnə palan içi tökməyə cürət etmir. O zaman Elşad Abdullayev kimlərə nə qədər pul verib hansı cinayət əməllərini ört-basdır etdiyini açıqlaya bilər. Məsələn, həmin dəhşətli faktlardan birində vurğulanır ki, 4 tələbə qıza müəllimlər tərəfindən əxlaqsız təkliflər edilib: «Müəllimlərin kimlikləri də məlumdur. Hətta ortada daha biabırçı faktlar var ki, bu gün Fransada oturub yekə-yekə danışan Elşad Abdullayevi bu məsələ ilə əlaqədar sorğu-suala çəksələr, o zaman bütün millət onu daşqalaq etməlidir». Onu da bildirək ki, etik normaları gözlədiyimizdən hələ əlimizdə olan faktların cəmi bir faizini belə diqqətinizə çatdıra bilmirik. Və yenə də qanunlara uyğun olaraq qarşı tərəfi də dinləməyə hazırıq. Amma yaxşı bilirik ki, Elşad Abdullayev bu barədə heç danışmaq istəməz. Mənbəmizin sözlərindən o da aydın oldu ki, əgər ABU-nun sabiq rektoru ənənəvi ampluasında qalmağa davam edəcəksə, o zaman onun rektorui olduğu universitetin keçmiş müəllimlərindən bəzilərini həbs gözləyir: «Çünki rəsmi dairələr artıq belə bir ismarıclarını Elşad Abdullayevə göndəriblər. Yəni onu dolayı yolla şantaj ediblər. Əgər o, susmazsa, o zaman onun yaxınlarının da qatıldığı böyük bir əxlaqsızlıq şəbəkəsi hüquq-mühafizə orqanlarının hədəfində olacaq». Geri qayıt |