Əsas Səhifə > Güney Press, Üçüncü sektor > METRODAN 100 MİLYON SƏRNİŞİN İSTİFADƏ EDİB

METRODAN 100 MİLYON SƏRNİŞİN İSTİFADƏ EDİB


28-07-2012, 11:50
METRODAN 100 MİLYON SƏRNİŞİN İSTİFADƏ EDİB

TƏKCƏ SON ALTI AY ƏRZİNDƏ

Bu ilin iyun ayı ərzində Bakı Metropolitenindən 15,5 mln. sərnişin yararlanıb ki, bu da əvvəlki aya nisbətən 16,7% azdır.

Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında metrodan 99,9 mln. sərnişin istifadə edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 9% çoxdur.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.

Geri qayıt