Əsas Səhifə > Güney Press / Manşet > KEÇMİŞ NAZİRDƏN KEÇMİŞ BAŞ PROKURORA CAVAB
KEÇMİŞ NAZİRDƏN KEÇMİŞ BAŞ PROKURORA CAVAB27-07-2012, 17:44 |
![]() В«İXTİYAR ŞİRİNİN YERİNƏ KİM OLSAYDI, CAMAAT ARASINA ÇIXMAZDIВ» DİA.AZ: - AXC iqtidarı zamanı baş prokuror postunu tutmuş və tarixə biabırçı bir prokuror kimi düşmüş İxtiyar Şirin yenidən kimlərinsə təhriki ilə danışmağa başlayıb. Və özü də tarixi faktları saxtalaşdıraraq danışır. Belə ki, bu günlərdə mətbu orqanların birin açıqlamasında İxtiyar Şirin Surət Hüseynovla AXC iqtidarının münasibətlərinin korlanmasında o zamankı Daxili İşlər Naziri İsgəndər Həmidovun adını çəkib. Bu məsələ ilə əlaqədar DİA.AZ əməkdaşları keçmiş nazirlə əlaqə saxlayıb. İsgəndər Həmidov redaksiyamıza açıqlamasında bildirdi ki, İxtiyar Şirin yenə də ənənəvi ampluasındadır və yenə də sərsəm fikirləri ilə tarixi təhrif etməyə çalışır: В«Mən əvvəlcə onu deyirəm ki, AXC iqtidardan gedəndən, Surət Hüseynov AXC iqtidarına qarşı gedəndə mən vəzifədə deyildim. Digər tərəfdən, mənim heç bir zaman, hətta nazir olarkən də Surət Hüseynovla hər hansı problemim olmayıb və münasibətlərimiz normal olubВ». Daha sonra keçmiş nazir İxtiyar Şirinin o zamankı prezident mərhum Əbülfəz Elçibəylə bağlı həbs sanksiyası verməsini də xatırlatdı: В«İndi danışmaq çox asandır onun üçün. Amma onun yerinə bir başqası olsaydı, nəinki danışardı, camaat arasına da çıxmazdı. Çünki təmsil olunduğu komandanın başçısı - ölkənin prezidenti haqqında qanunsuz həbs sanksiyasını o imzalayıbВ». Geri qayıt |