Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOVU DURMAĞA MƏCBUR EDƏN ŞOK OLAY
ZİYA MƏMMƏDOVU DURMAĞA MƏCBUR EDƏN ŞOK OLAY27-07-2012, 12:29 |
«ROBİNQUD» KİMİ TANINAN ROBERT ƏYYUBOV SÜRÜCÜLƏRƏ KÖMƏK EDİB DİA.AZ: - Uzun müddət köhnə sovet maşınlarının taksi kimi fəaliyyətini əngəlləməyə çalışan nəqliyyat naziri Ziya Məmmədov artıq taleyi ilə barışırmış kimi görünür. Hər halda, bu gün «jiquli» markalı maşınların paytaxt küçələrində taksi kimi ora-bura şütümələri də belə deməyə əsas yaradır. Amma DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, NN şefi heç də bu məsələdə könüllü surətdə davranmayıb. Mötəbər mənbələrdən redaksiyamıza daxil olan informasiyaya görə, təxminən bir ay əvvəl nazirliyin köhnə sovet maşınlarına qarşı keçirdiyi reydlər zamanı baş vermiş bir olay Ziya Məmmədovun geri çəkilməsinə nədən olub. Xatırladaq ki, NN-nin müfəttişlərinin fəaliyyəti nəticəsində 7 minə yaxın köhnə «jiquli»nin taksi kimi fəaliyyəti əngəllənmiş, minlərlə sürücüyə qarşı cərimə sanksiyaları tətbiq edilmişdi. Məlumatı verən mənbə iddia edir ki, həmin ərəfədə NN müfəttişləri adətlərinə uyğun olaraq reyd keçirirmişlər və bu zaman ağ rəngli Rusiya istehsalı olan «jiquli» markalı bir maşının taksi kimi işlədiyini görüb ona əl ediblər: «Müfəttişlər sükan arxasında oturan şəxsi tanımayıblar. Sən demə, bu adam Bəylər Əyyubovun məşhur qardaşı oğlu Robert Əyyubov olub». Xatırladaq ki, hələ xeyli əvvəldən Robert Əyyubovun taksi sürücülərinin müdafiəsinə qalxması barədə məlumat vermişdik və xəbərimizdə bildirmişdik ki, Ziya Məmmədovun «London taksiləri»lə bağlı bütün biznes planlarını darmadağın edən və hətta nazirin paytaxt üçün müəyyən etdiyi bənövşəyi taksi rənginə ağ rəng çalarını qatan Robert Əyyubov nazirliyin sovet maşınlarına qarşı keçirdiyi reydləri pozmaq üçün özü köhnə maşınla taksiçilik edəcəkdi. Son məlumatlardan aydın olur ki, bu proses baş tutub və NN müfəttişləri təsadüfən Robert Əyyubovu da saxlayıblar. Mənbənin söylədikləri: «Maşından düşən Robert Əyyubov müfəttişlərlə ilk əvvəl sakit danışsa da, sonradan aralarında mübahisə yaranıb. Müfəttişlər son anna qədər kiminlə danışdıqlarının fərqinə vara bilməyiblər və bu zaman əraziyə yaxınlaşanğ «Jeep» markalı maşından düşən iki qoluzorlu Robert Əyyubovla birgə hər iki müfəttişi öz maşınlarına oturdaraq ərazidən uzaqlaşıblar». Mənbənin söylədiklərinə görə, Bəylər Əyyubovun qohumu Ziya Məmmədovun adamlarını möhkəm döydükdən sonra onlara nazirə çatacaq ismarıcını da söyləyib: «Robert Əyyubov müfəttişlərə bildirib ki, Ziya Məmmədov köhnə sovet maşınlarından əl çəkməzsə, o da bənövşəyi taksilərə qarşı reyd keçirəcək və bunun axırı pis olacaq». Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |