Əsas Səhifə > Güney Press / Manşet > MİSİR MƏRDANOVUN GÜLMƏLİ (AĞLAMALI) TƏHSİLİ
MİSİR MƏRDANOVUN GÜLMƏLİ (AĞLAMALI) TƏHSİLİ26-07-2012, 17:47 |
![]() HƏR HALDA, BÜTÜN BUNLAR AZƏRBAYCANDA BAŞ VERİR DİA.AZ: - Neçə gündür ki, ayrı-ayrı orta məktəblərdə birinci siniflərə qəbul prosesi həyata keçirilir. Bildirək ki, DİA.AZ olaraq bizlər də bəzi məktəblərin qəbul prosesini izləmişik və yaxın günlərdə dolğun reportajımızı diqqətinizə çatdıracağıq. Amma hələlik başqa bir məqamı sizinlə bölüşmək istədik. Söhbət həmin qəbul proseslərində baş verən gülməli - əslində isə ağlamalı olan hadisələrdən gedir. Bəri başdan bildirək ki, imtahanları orta məktəb direktorlarının özləri götürür və hər birinin bir test kitabçası var. Onu da qeyd edək ki, aşağıda təqdim etdiyimiz hadisələrin konkret olaraq detalları ilə bağlı əlavə bilgi verməyəcəyik. Hadisə 1: Direktorun otağında iki birinci sinifə namizəd var. Onlardan biri tapşırılıb, digəri isə yox. Direktor tapşırılan uşağı sorğu-sual edir: - 1+1 neçə edir? Uşaq: - 2… Direktor: Ay, sağ ol… İkinci suala keçək. Sənin qardaşının adı nədir? Uşaq: Elnur… Direktor: Afərin. Sən ki hər şeyi bilirsən… İndi isə direktor tapşırılmayan uşağı sorğu sual edir: - İki məntəqə var. A və B məntəqəsi… (Diqqət yetirin, birinci sinifə getməli uşaqdan artıq məntəqələr soruşulur -red.) Hər iki məntəqədən avtobus hərəkət edir. Biri digərindən 5 dəqiqə gec çıxır. Sürətləri də eyni olur. Amma yolda tez çıxan avtobus 2 dəqiqəlik yubanır. Hansı daha tez çatar? Təbii ki, bu sualın cavabını birinci sinifə namizəd olan uşağın tapması mümkün də ola bilər, mümkün olmaya da. Amma hər kəs razılaşar ki, hələ orta məktəb partasında oturmayan uşaq üçün bütün bunlar çətin sual hesab olunur. Hadisə 2: Yenə də direktor iki uşağı sorğu-sual edir. Və yenə də uşaqlardan biri pul verib, digəri isə yox. İlk əvvəl pul verən uşaq sorğu-sual edilir. Direktor: - Həftənin neçə günü var? Uşaq: - 7 Direktor: - Afərin. Bəs ildə neçə ay var? Uşaq: - …8… Direktor: - Bir az artır… Bu zaman valideyn söhbtə müdaxilə edir: - Müəllimə, bizim uşaq 10-a qədər saya bilir… İndi isə direktor pul verməyən uşağı sorğu-sual edir: Direktor: - Həftənin neçə günü var? Uşaq: - 7.. Direktor: - Günlərin adlarını bir-bir say… Uşaq: 1-ci gün, 2-ci gün, 3-cü gün… Direktor: - Dayan, ay bala, sən heç nə bilmirsən… Hadisə 3: Yenə də oxşar situasiya - direktor pul verən və pul verməyən uşaqları sorğu sual edir və ilk əvvəl pul verən valideynin uşağı dindirilir. Direktor qarşısındakı kitabda kirpi rəsmini göstərib uşaqdan soruşur: - Bu nədir, gözəl bala? Uşaq: - Kirpi… Direktor: - Afərin. Bəs bu kirpini niyə sığallamaq olmaz (yəni direktor onun iynəli olduğunu uşağın dilindən almaq istəyir -red.)… Uşaq: - Müəllimə, çünki kirpini sığallasaq, əlimizi dişləyər.. Bu dəfə isə pul verməyən valideynin uşağı sorğu-sual edilir. Direktor qarşısındakı kitabdan bir mənzərə şəkli göstərib soruşur: - Rəsam bu şəkildə nəyi demək istəyib?... Bəli, əziz oxucular. Bütün bunlar Azərbaycan məktəblərində baş verən hadisələrdir. Hər halda, bir məktəbin direktoru hələ birinci sinfə getməyə hazırlaşan uşaqdan rəssamın fikirlərini öyrənməyə çalışırsa, deməli, vəziyyətimiz daha da bərbad olacaq. Çünki hələ də təhsil sisteminin fırçası Misir Mərdanov kimi bir nazirin əlindədir və bu naşı rəsam Azərbaycanın təhsil müstəvisində elə bir biabırçı mənzərəni canlandırıb ki, gələcəyimizin ölü doğulacağına bəri başdan ağlamaqdan başqa bir çarəmiz yoxdur. Geri qayıt |