Əsas Səhifə > Güney Press / Manşet > ŞEYXİN QUDASININ QOLLARI YENİDƏN QANDALLANDI
ŞEYXİN QUDASININ QOLLARI YENİDƏN QANDALLANDI26-07-2012, 16:02 |
![]() ƏLİ EVSENİN GÜNAHI TAM OLARAQ SÜBUTA YETİRİLİB DİA.AZ: - Bir müddət əvvəl, konkret olaraq keçən ilin bu vaxtı Misirin sabiq prezidenti Hüsnü Mübarəkə yaxın iş adamı Hüseyn Saleminin və onun oğlu Halid Saleminin çirkli pulların yuyulması, rüşvət və korrupsiya ittihamı ilə bağlı İspaniyada saxlanılması barədə məlumat yayıldı. Məlumatda deyilirdi ki, keçən ilin iyun ayında onlarla bərabər Ali Evsen adlı bir türkiyəli iş adamı da çirkli pulların yuyulmasına kömək etdiyi üçün saxlanılıb. Qeyd edək ki, Hüseyn Saleminin əsas ortaqlarından olduğu “East Mediterranean Gas” (EMG) şirkətinin İsrailə dünya bazarındakı qiymətlərdən aşağı təbii qaz satdığı və təbii qaza görə ödənilən pulların İspaniyadakı bank hesablarına göndərildiyi üçün saxlanılmışdı. İş adamının 33 milyon avroluq hesablarını donduran İspaniya polisi Ali Evseni isə çirkli pulları qurduğu şirkətlər vasitəsi ilə Hüseyn Saleminin ailəsinin hesablarına göndərdiyini açıqlamışdı. Qeyd edək ki, Ali Evsenin Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın də ortaqlarından biridir. Qrupa daxil olan şirkətlər arasında “Azsamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də var. Bu şirkətlərdə 3 minə yaxın insan çalışır. Onu da bildirək ki, Əli Evsen Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin qudasıdır. Və bu məlumat yayılarkən Şeyxin yaxınları tərəfindən mətbuata bildirildi ki, bəs deyilənlər həqiqətdən uzaqdır, Əli Evsen saxlanılmayıb. İndii isə aydın olur ki, artıq İspaniyanın hüquq-mühafizə orqanları Əli Evsenin həbsilə əlaqədar yeni sanksiya çıxarıblar. Məlumatı yayan Türkiyə mətbuatının bilgisinə görə, Türkiyədə də böyük biznes sahibi olan Əli Evsen keçən il 10 gün həbsdə saxlanılıb və sonradan bir sıra şəxslər (onların arasında Azərbaycan dövlətinin bəzi rəsmiləri də var -red.) müraciət etdikdən sonra İspaniya məhkəməsi 1 milyon dolların qarşılığında Əli Evseni zaminə buraxıb. DİA.AZ-ın əldə etdiyi məlumatlara görə, istintaq araşdırmaları boyunca İspaniyanı tərk etməmə barədə üzərində sanksiyası olan Əli Evsen bir neçə dəfə çıxışa cəhd etsə də, buna nail olmayıb və artıq dünən onun qolları yenidən qandallanıb. Bu arada onu da öyrənə bildik ki, В«Evsen GroupВ»a daxil olan Türkiyədəki otellər şəbəkəsi də satışa çıxarılıb. Geri qayıt |