Əsas Səhifə > Siyasət, Manşet > AZAD RƏHİMOV İKİ MÜAVİNİNİ ÇIXARMAQ İSTƏYİR
AZAD RƏHİMOV İKİ MÜAVİNİNİ ÇIXARMAQ İSTƏYİR26-07-2012, 12:29 |
MÜAVİNLƏRİ ÖZ NAZİRLƏRİNƏ QARŞI KAMPANİYAYA CƏLB OLUNUBLAR DİA.AZ: - Hakimiyyətin bu ilin sentyabr ayına total kadr islahatları həyata keçirmə planının olması barədə qabaqcadan da məlumat vermişdik. Bildirmişdik ki, əsas islahatlar Nazirlər Kabinetinin strukturlarında cərəyan edəcək. Bununla əlaqədar DİA.AZ-a yeni məlumatlar ötürülüb. Hökumət içindəki mötəbər mənbələrdən aldığımız bilgilərə görə, hazırda Gənclər və İdman Naziri postunu tutan Azad Rəhimovun həmin ərəfədə vəzifəsindən çıxarılması üçün hakimiyyət içində böyük bir kampaniya hazırlanır. Kampaniyanın birbaşa olaraq Prezident Administrasiyasındakı çevrələr tərəfindən təşkil olunduğunu söyləyən mənbəyə görə, onlar neçə müddətdir ki, bir zamanlar Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda rektor köməkçisi vəzifəsində işləmiş, hazırda deputat postunu tutan Azay Quliyevi nazir postuna hazırlayırlar. Bundan isə Azad Rəhimovun xəbərdar olduğu söylənilir. Bu barədə danışan mənbəmiz bildirir ki, hazırda Azay Quliyevlə əlaqədə olan iki nazir müavininə qarşı Azad Rəhimov tədbirlər görmək fikrindədir: «Onlar da Azad Rəhimova qarşı kampaniyaya cəlb olunublar ki, bu işdən də nazir artıq xəbərdardır. Və vəziyyət bu şəkildə davam edə bilməz. Bunu yaxşı başa düşdüyündən Azad Rəhimov önləyici tədbirlər görmək fikrindədir». Bildirək ki, Azad Rəhimovun şübhələndiyi müavinlərindən biri İntiqam Babayevdir ki, onun Azay Quliyevlə həqiqətən də səmimi münasibətləri var. Mövzu diqqətimizdədir. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |