Əsas Səhifə > Güney Press / Manşet > MƏMURLARIMIZI BİZNEZ MARAĞI TOQQUŞDURDU

MƏMURLARIMIZI BİZNEZ MARAĞI TOQQUŞDURDU


25-07-2012, 15:00
MƏMURLARIMIZI BİZNEZ MARAĞI TOQQUŞDURDU

İKİ MƏMUR NƏDƏN ƏLBƏYAXA OLUBLAR?

DİA.AZ: - Redaksiyamıza məmurlarla bağlı çox ilginc faktlar daxil olub. Söhbət iki yüksək çinli məmurun əməlli-başlı yumruq davasına çıxma cəhdindən gedir. Xatırladaq ki, əvvəllər də bu kimi olaylarla bağlı yerli mətbuatda müəyyən informasiyalar yer almışdı.

Məsələn, bildirilirdi ki, bir zamanlar fövqəladə hallar naziri Kəmaləddin Heydərov o dövrdəki səhiyyə naziri Əli İnsanovu döyüb. Bu hadisə o qədər populyarlaşmışdı ki, hətta Kəmalədin Heydərov təzkib etdiyi zaman maraqlı bir ifadə də işlətmişdi: В«Əli İnsanov məndən hündürdür, mən onu döyə bilmərəmВ». Yəni bu cür arqumentlə məsələnin üstündən keçmişdi.

İndi isə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, biri prezident administrasiyasının, digəri isə nazirlər kabinetinin işçisi olan iki dövlət məmuru bu günlərdə az qala yumruq davasına çıxıblar: В«Onların mübahisəsi biznes maraqları ilə bağlı olubВ».

Mənbə idda edir ki, NK-da çalışan yüksək çinli məmurun yaxınlarından birinin obyektini ələ keçirən PA nümayəndəsi bu məsələni müzakirə edib aydınlaşdırarkən iddialarından geri çəkilməyəcəyini bildirib: В«Yəni o, ələ keçirdiyi obyektdən imtina etməyəcəyini bəyan edib. Və hətta bu zaman ağır ifadələr də işlədib ki, bundan sonra mübahisə yaranıb. Yalnız kənardakıların müdaxiləsi ilə məsələ yatırılıb. Amma problem hələ də açıq qalır. Bu isə yeni konfliktdən xəbər verirВ».

Qeyd edək ki, məlumatı verən mənbə məmurların kimliyi barədə susur: В«Sadəcə olaraq israrla bildirirəm ki, mübahisə həqiqətən də baş veribВ».

Geri qayıt