Əsas Səhifə > Güney Press / Manşet > NAZİRDƏN SƏNƏTÇİLƏRİMİZƏ BÖYÜK SAYĞISIZLIQ

NAZİRDƏN SƏNƏTÇİLƏRİMİZƏ BÖYÜK SAYĞISIZLIQ


25-07-2012, 14:27
NAZİRDƏN SƏNƏTÇİLƏRİMİZƏ BÖYÜK SAYĞISIZLIQ

ƏBÜLFƏS QARAYEV NƏDƏN RUSİYALI MUSİQİÇİLƏRLƏ BİR KÖŞƏYƏ ÇƏKİLİB?

DİA.AZ: - Məlum olduğu kimi iyulun 24-də В«Qafqaz ResorteВ» otelində Qəbələ Beynəlxalq Klassik Musiqi Festivalı çərçivəsində ilk konsert keçirilib. Konsert bu il 70 yaşı olan görkəmli müğənni Müslüm Maqomayevin xatirəsinə həsr olunub.

Qeyd edək ki, konsertdə pianoçu Fərhad Bədəlbəyli, violençelçi Dmitri Yablonski, pianoçu Murad Adığözəlzadə, vokalçılar Fəridə Məmmədova, Səbinə Əsədova və başqaları çıxış ediblər. Festival avqustun 5-dək davam edəcək. Festival çərçivəsində Qəbələ səhnəsində və açıq havada müxtəlif ölkələrdən çoxsaylı musiqi kollektivləri çıxış edəcək. Festivalın rəsmi açılış mərasimi isə bu gün keçirilib. Bildirək ki, Qəbələdə musiqi festivalı artıq dördüncü ildir ki keçirilir.

NAZİRDƏN SƏNƏTÇİLƏRİMİZƏ BÖYÜK SAYĞISIZLIQ

Festivalda iştirak edən azərbaycanlı xanım sənətçilərdən biri isə bu arada DİA.AZ-ın bölgə müxbirinə maraqlı bir faktı açıqlayıb. Əməkdaşımızın sözlərinə görə festivalda iştirak edən və tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev festivalın ilk konsertindən sonra əcnəbi musiqi adamlarına, daha dəqiqi rusiyalı sənətçilərə xüsusi ziyafət verib.

Qəbələdən daxil olan məlumata görə, amma ziyafətdə nədənsə yerli sənətçilərimizin həmin ziyafətdə iştirakı təmin edilməyib və azərbaycanlı musiqçilər ayrıca olaraq otelin restoranında nahar etməli olublar. Bunun yerli sənətçilərimizdə narazılıq yaratdığını bildirən azərbaycanlı xanım musiqiçi əməkdaşımıza onu da bildirib ki, məsələ ilə əlaqədar Bakıya dönəndən sonra Əbülfəs Qarayevdən hesabat istəyəcək: В«Hər halda, bu Azərbaycan musiqisinə edilən sayğısızlıq idiВ».

Geri qayıt