Əsas Səhifə > Cəmiyyət > RƏSUL QULİYEV YENƏ DƏ ALƏTDİR

RƏSUL QULİYEV YENƏ DƏ ALƏTDİR


25-07-2012, 13:12
RƏSUL QULİYEV YENƏ DƏ ALƏTDİR

İQTIDARIN 2013-CÜ İL ÜÇÜN «RƏSUL QULİYEV PLANI»

Son zamanlar Azərbaycanın müxalif cəmeəsində ənənəvivə mühacir bir fiqur yenidən gündəmə gəlib. Və ya süni olaraq gətirilməkdədir. Bu ölkənin eks-spikeri Rəsul Quliyevdir. 2005-ci ilin parlament seçkilərindən sonra qeybə çəkilmiş eks-spikerin 2008-ci ilin prezident seçkilərində, 2010-cu ilin parlament seçkilərində səsi eşidilməsə də, 2012-ci ilin əvvələrindən başlayaraq yenidən meydana atılıb.

Bunca uzun sürən sükutdan sonra eks-spiker yenidən və fərqli libasdadır. Hətta onun partiyasının yeni qərargahı, bir neçə media orqanı və sair fəaliyyət göstərir. İllərdir ki, qərargah ala bilməyən, hətta ətrafına insanlar belə toplamaqda çətinlik çəkdiyini iddia edən Rəsul Quliyev günlərin bir günü okeanın o biri sahilindən «günəş kimi parlamağa» başladı.

Və zaman o zamandır ki, qarşıdan prezident seçkiləri gəlir. Bu prezident seçkiləri 2003 və 2008-ci ilin seçkilərindən beynəlxalq xarakterinə, dünyanın Azərbaycana münasibətinə görə ciddi şəkildə fərqlənir. Ortada olan fərqlər ondan ibarətdir ki, bu seçkilərdə ən azından marka olan və seçkilərdə real olaraq heç bir uğura imza ata bilməyəcək şəxslər seçilməlidir.

Hakimiyyət üçün belə bir fiqur Rəsul Quliyev kifayət qədər «uğurlu»dur. Rəsul Quliyev hakimiyyətin 2013-cü ildə faktiki olaraq seçkilərdə iştirak etmək imkanları sıfıra bərabər olan, lakin piar kampaniyasında bir namizəd kimi ortaya çıxması kifayət qədər əlverişli şərait yaradır. Qarşıdan gələn seçkilərdə Rəsul Quliyev iştirak edə bilməyəcəyini anlamamış və hesablamamış deyil. Bu hesablamanı iqtidar texnoloqları da hesablayıblar.

Bu fikrimizi bir qədər də arqumentləşdirsək, bir neçə gün əvvəl hətta iqtidara yaxınlığı ilə seçilən Anna Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının dediklərini qeyd edə bilərik. F.Ağamalı Rəsul Quliyev obazını hakimiyyət üçün real təhlükə olaraq göstərməklə, eks-spikeri sadə dillə ifadə etsək reklam da edir. Deyir ki, hakimiyyətdə elə məmurlar var ki, Rəsul Quliyevin güclənməsini gözləyirlər və onlar məqam yetişəndə Rəsul Quliyevin tərəfinə keçəcəklər.

Əslində bu gün üçün eks-spiker bir prezidentliyə namizəd olaraq iqtidarı zərrə qədər də narahat etmir. Bununla belə iqtidarı narahat edən Rəsul Quliyevin bir namizəd olaraq, bir rəqib obraz olaraq zəif təqdimatıdır. İqtidar texnoloqları 2013-cü ilə görə hesablayırlar ki, bu seçkilərdə Müsavat başqanı İsa Qəmbər iştirak etməyəcək. AXCP sədri Əli Kərimli də namizəd olmayacaq. Beləliklə də fərqli xarakteristikası günü-gündən betonlaşan qarşıdakı prezident seçkilərinə görə ənənəvi müxalif namizədin olmaması ənənəvi iqtiların işini xeyli çətinləşdirə bilər.

Bu səbəbdən də 20 ilə yaxındır ki, fəaliyyəti və siyasi mübarizə taktikası ilə iqtidara xoşbəxtlik gətirən ənənəvi müxalifətin yeni namizədini «hazırlamaq» işi labüdləşir. Seçkilər yaxınlaşdıqca da, hakimiyyət düşərgəsində guya Rəsul Quliyevin namizəd olmasından əndişələnmə kimi tendensiyalar da iqtidar texnoloqlarının görəcəkləri işlərin tərkib hissəsi olacaq.

Nəhayət bu çox bəsit və siyasi baxımdan aydın şəkildə ortada olan Rəsul Quliyev faktoru hakimiyyətin ehtiyat enmə zolağıdır. Əlbəttə ki, illərdir ənənəvi müxalifətin nə edəcəyini öncədən çox asanlıqla hesablayan iqtidar 2013-cü ildə özünə ənənəvi və ölkəyə yaxınlaşmağa belə cəsarət etməyən bir ənənəvi «dejurnı» namizəd hazırlayır. \ GUNDEMINFO.AZ \

Geri qayıt