Əsas Səhifə > Cəmiyyət > ƏHƏD ABIYEVİN XÜSUSİ DƏLLALLARI VAR

ƏHƏD ABIYEVİN XÜSUSİ DƏLLALLARI VAR


25-07-2012, 12:31
ƏHƏD ABIYEVİN XÜSUSİ DƏLLALLARI VAR

İCRA BAŞÇISI DAŞKƏSƏNDƏ TORPAQ QOYMADI

Daşkəsəndə bələdiyyə sədrləri və icra nümayəndəlikləri çox çətin duruma düşüb. Buna səbəb isə Daşkəsndə icra başçısı Əhəd Abıyevin kurort zonalarnda bir torpaq sahəsini bir neçə adama satmasıdır.

Pia.az-a daxil olan məlumatda bildirilir ki, Daşkəsənin icra başçısı Əhəd Abıyev rayonun mənzərəli yerlərində və kurort zonaları sayılan ərazilərində torpaqları ucdan tutma satmaqla məşğuldur. Lakin icra başçısı Bakıdakı tikinti MMC-lərindən nümunə götürərək bir torpaq sahəsini bir neçə adama satır. Bu durum isə bələdiyyə sədrləri və inzibati nümayəndələr çıxılmaz vəziyyətə salıb. Çünki satılan torpaqların sənədləri altında bələdiyyə sədrlərinin imzası olduğu üçün fırıldağa məruz qalan vətəndaşlar bələdiyyə sədrlərinin və ərazi nümayəndələrinin yaxasından yapışır.

Məlumatda qeyd olunur ki, icra başçısı torpaqların satışı üçün xüsusi dəllal ayırıb və bələdiyyə sədrləri yalnız həmin sənədlərin altına imza atırlar. Bir neçə dəfə bələdiyyə sədrləri baş verənlərə etiraz etsələrdə, icra başçısı onları tənbeh edərək işdən çıxaracağı ilə hədələyib.

Mənbənin sözlərinə görə, uzun müddətdir ki, Dahkəsəndən kənarda olan Əhəd Abıyev rayondan tamamilə bixəbərdir. Hazırda isə rayonda vəziyyət doğurdanda nəzarnət olunmaz hala gəlib. Daşkəsən şəhər nümayəndəsi Nüsrət Vəliyev və YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev başçıya qarşı cəbhə açıblar. Hazırda Əhəd Abıyevin «torpaq siyasətindən» narazı olan bələdiyyə sədri və inzibati nümayəndələr şəhər merinə və YAP sədrinə birləşiblər. Abıyevin rayondakı nümayəndəsi isə demək olar ki, vəziyyəti öz nəzarətindən çıxarıb.

Əhəd Abıyev haqqında başqa bir maraqlı məlumat isə hazırda həbsdə olan Rafiq Şahbazovla olan əlaqələridir. Həmin məlumatı dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq..

Geri qayıt