Əsas Səhifə > Partiya > “ƏLİMİZDƏN GƏLƏN DƏSTƏYİ VERMƏYƏ HAZIRIQ”

“ƏLİMİZDƏN GƏLƏN DƏSTƏYİ VERMƏYƏ HAZIRIQ”


26-10-2011, 17:29
“ƏLİMİZDƏN GƏLƏN DƏSTƏYİ VERMƏYƏ HAZIRIQ”

GƏNCLƏR TÜRKİYƏYƏ DƏSTƏK AKSİYASI KEÇİRDİ

Bu gün ölkəmizdə fəaliyyət göstərən bir neçə gənclər təşkilatı Türkiyənin ölkəmizdəki səfirliyinin önündə Türkiyəyə dəstək aksiyası keçirdi. AXCP, MÜsavat, ADP, NİDA və başqa gənclər təşkilatlarının aktiv fəalları səfirliyin önündəki Atatürk parkına yığışaraq son günlər Türkiyədə baş verən PKK terrorunu lənətlədiklərini bildirdilər. Gənclər qardaş ölkə Türkiyənin hər zaman yanında olduqlarını və onlara hər zaman dəstək verəcəklərini qeyd etdilər.

Müsavat Gənclər Təşkilatın sədr müavini Səxavət Soltanlı musavat.com-a açıqlamasında bildirdi ki, ölkədəki aktiv gənclər təşilatlarının fəallarının bura yığışmasının ən böyük səbəbi Türkiyədəki PKK terorronu lənətləməkdir: “Hamıya məlumdur ki, ötən günlərdə xain PKK hücumu zamanı qardaş ölkə Türkiyə bir gündə 24 şəhid verdi. Terror aktları demək olar ki, hər gün davam edir. Üstəlik Vanda baş verən zəlzələdə 200 dən çox insan həyatının itirib. Bu gün biz bura toplaşaraq bütün dünyaya çatdırmaq istədik ki, hər zaman qardaş ölkə Türkiyənin yanındayıq. Biz gənclər təşkilatlarının fəalları olaraq Türkiyəyə əlimizdən gələn yardımı və dəstəyi verməyə hazırıq və verəcəyik də”.

Daha sonra gənclər əllərində Azərbaycan, Türkiyə bayraqları, Atatürkün rəsmləri ilə Parka doğru yürüş etdilər. Polis aksiyaya heç bir müdaxilə etdmədi.


Geri qayıt