Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İÇİNDƏ YENİ MÜNAQİŞƏ OCAĞI

HAKİMİYYƏT İÇİNDƏ YENİ MÜNAQİŞƏ OCAĞI


25-07-2012, 11:47
HAKİMİYYƏT İÇİNDƏ YENİ MÜNAQİŞƏ OCAĞI

SƏLİM MÜSLÜMOVUN MƏSƏLƏSİ İKİ BÖYÜK İQTİDAR GÜCÜNÜ ÜZ-ÜZƏ QOYDU

DİA.AZ: - Artıq on ildir ki, Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edən Səlim Müslümovun hədəfə alınması ilə bağlı məlumatları bir müddət əvvəl diqqətinizə çatdırmışdıq. Xəbərimizdə qeyd etmişdik ki, DSMF şefinin «vurulmasında» maraqlı tərəf kimi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çıxış etdiyi söylənilir.

İndii isə bu münaqişənin miqyası daha da böyümək üzərədir. Bu barədə DİA.AZ-a məlumat verən hakimiyyət içindəki qaynaq iddia edir ki, Səlim Müslümovun əslində PA ilə toqquşmasında səbəb kimi göstərilən arqumentlərin heç biri əsas olanı deyil. Xatırladaq ki, bu günlərdə DSMF ilə Prezident Administrasiyasının işlər idarəsi arasında bir məhkəmə qalmaqalının baş verməsi ilə bağlı məlumat vermişdik və bildirmişdik ki, fonda köçürmələrdə borclanan PA-nın sözügedən qurumuna qarşı iddia qaldıran Səlim Müslümovun idarəsi, eyni zamanda PA-nın digər təşkilatlarına qarşı da anoloji ittihamları irəli sürməyə hazırlaşır.

Bunun isə PA rəhbərliyində qəzəb yaratdığı söylənilir. Mötəbər mənbələrin bilgisinə görə, artıq Səlim Müslümova qarşı hərəkətə keçən bəlli cinah hətta Səlim Müslümovu əvəz edəcək kadrı da hazırlamaqla məşğuldur.

Bildirək ki, Səlim Müslümov DSMF-yə qədər Dövlət Gömrük Komitəsində sədr müavini postunu tutub və günü bu gün də keçmiş Gömrük Komitəsinin sədri, indiki fövqəladə hallar naziri Kəmaləddin Heydərovla gözəl münasibətləri var. Hələ də gömrük orqanlarının general-mayoru olan Səlim Müslümova birbaşa dəstək də hər zaman FHN şefindən gəlib. Və indi də belə olacaq.

Bu barədə danışan mənbəmiz iddia edir ki, Səlim Müslümova qarşı kampaniyanın durdurulması üçün Kəmaləddin Heydərov nəzarəti altında olan mətbuatı müvafiq qaydada təlimatlandırıb. Bu barədə mənbənin söylədikləri:

«Bəllidir ki, iqtidara birbaşa və dolayı yollarla bağlı olan mətbuatı kimin maliyyələşdirməsindən, hansı qüvvənin bu maliyyəni ayırmasından asılı olmayaraq, istənilən halda siyasi yönlü təlimatlar PA-dan verilir. Amma Kəmaləddin Heydərov bu müstəvidə hər zaman əlahiddəliyini qoruyub və bu dəfə də fond rəhbərinə qarşı start dyüməsi verilən kampaniyaya qarşı ən böyük əngəl rolunu elə FHN şefinin özü oynayıb. Hər halda, bu gün Kəmaləddin Heydərov böyük bir KİV şəbəkəsini maliyyələşdirən əsas fiqurlardan biridir».

Əldə etdiyimiz məlumatlarda o da deyilir ki, amma PA rəhbərliyi bu məsələni heç də unutmaq fikrində deyil və DSMF rəhbərliyinə qarşı fərqli problemlərin yaradılması gözlənilir. Mövzu diqqətimizdədir.

Geri qayıt