Əsas Səhifə > Hadisə > BAKININ MƏRKƏZİNDƏ YENƏ SİLAHLAR İŞƏ DÜŞDÜ

BAKININ MƏRKƏZİNDƏ YENƏ SİLAHLAR İŞƏ DÜŞDÜ


25-07-2012, 10:59
BAKININ MƏRKƏZİNDƏ YENƏ SİLAHLAR İŞƏ DÜŞDÜ

32 YAŞLI GƏNC AĞIR YARALANIB

Bakının mərkəzində silahlı insident olub.

Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə rayonun Faiq Ömər Nemanzadə küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan, 1980-ci il təvəllüdlü Elnur Əhməd oğlu Həşimov naməlum şəxs tərəfindən güllələnib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Geri qayıt