Əsas Səhifə > Cəmiyyət > ŞOK: 100 MİNLƏRƏ GÖRƏ 1500 MANATLIQ CƏRİMƏ

ŞOK: 100 MİNLƏRƏ GÖRƏ 1500 MANATLIQ CƏRİMƏ


24-07-2012, 18:30
ŞOK: 100 MİNLƏRƏ GÖRƏ 1500 MANATLIQ CƏRİMƏ

ZƏRDABDA KORRUPSİONER NECƏ BƏRAƏT ALIR?

Bu yaxınlarda dövlət başçısı sərəncam imzalayaraq Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin Zərdab rayonundakı ev muzeyinin əsaslı təmirinə 300 min manat vəsait ayırdı. Vəsait rayonun Mədəniyyət və turizm İdarəsinin hesabına köçürülməklə təyinatı üzrə xərclənməlidir.

Lakin GUNDEMİNFO.AZ-ın redaksiyasına adıçəkilən raynonun müvafiq idarəsinin rəisi Eldəniz Abdullayevlə bağlı ilginc bir xəbər daxil olub. Xəbərdə bildirilir ki, idarə rəisi bu günlərdə başa çatan məhkəmədə elə müqəssir kimi dövlət vəsaitini talamaqda ittiham olunub.

Rayondan verilən məlumatda deyilir ki, idarənin rəisi Eldəniz Abdullayev 500 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunub. Lakin sonda məhkəmənin qərarı ilə 1500 manat cərimələnib.

Bu xəbərin ardı olaraq araşdırmalarımız davam edir. Maraqlıdır ki, iddia olunan yeyinti faktına görə hələ də öz postunda qalan E.Abdullayev Həsən Bəy Zərdabinin ev muzeyinin təmiri üçün 300 min manat vəsaiti necə xərcləyəcək?

Geri qayıt