Əsas Səhifə > Hadisə > ELDAR ƏZİZOV VƏZİFƏSİNİ İTİRƏ BİLƏR
ELDAR ƏZİZOV VƏZİFƏSİNİ İTİRƏ BİLƏR24-07-2012, 18:15 |
MERİN “UNİVERMAQ ZAMAN”A İLİŞMƏSİ ONA BAHA BAŞA GƏLİR Sumqayıtın yeni icra başçısı Eldar Əzizov bu dəfə şəhərin tanınmış sahibkarları ilə baş-başa gəlib. Bu barədə “OLALAR”a şəhər sakinləri məlumat verib. Məlumata gtörə, şəhərdə kiçik sahibkarlara qan udduran icra başçısı indi də böyük biznesmenlərə girişib. Məlumata görə, Eldar Əzizov şəhərdə uzun müddət sahibkarlıqla məşğul olan, “Univermaq Zaman” kimi tanınan Zaman İsgəndərovun əmlakına göz dikib. İcra başçısı Zamanın 2008-ci ildən fəaliyyət göstərən “Roomstore” Ticarət Mərkəzini sökdürmək istəyir. İcra başçısı əvvəlcə Zaman İsgəndərovun oğlu Nizami İsgəndərovla ticarət mərkəzi ilə bağlı söhbət etsə də, razılıq əldə olunmayıb. Məlumata görə, Eldar Əzizov ticarət mərkəzinin sökülməməsi barədə Nizami İsgəndərovdan külli miqdarda pul tələb edib. Obyekt sahibi isə icra başçısına həmin məbləği vermək istəməyib. Nəticədə icra başçısı ilə sabiq deputat arasında mübahisə yaranıb. Eldar Əzizov obyektin təcili sökülməsi barədə tapşırıq versə də, buna nail ola bilməyib. Nizami İsgəndərovun, daha doğrusu “Univermaq Zaman”ın yuxarılarda təmsil olunan adamları icra başçısına nota göndərib və onu obyekt söküləcəyi təqdirdə vəzifəsini itirməsilə hədələyiblər. İcra başçısı isə bu hədələrə baş qoşmayıb və geri çəkilməkdən vaz keçib. Məlumatda bildirilir ki, artıq bir neçə dəfə icra başçısı həmin obyekti sökmək barədə əmr versə də, hələ ki əmrin icrasına nail ola bilməyib. Mənbə bildirir ki, icra başçısı ilə “Univermaq Zaman”ın mübahisəsi artıq yuxarı təbəqədə müzakirə olunmaqdadır. Son proseslər onu göstərir ki, icra başçısının təkidi özünə bəla olacaq. Yəni Eldar Əzizov inadından dönməsə, vəzifəsilə vidalaşmalı olacaq və onun gələcək taleyi məlum deyil. Geri qayıt |