Əsas Səhifə > Güney Press / Manşet > RƏSUL QULİYEVİN PULLARI YENƏ DƏ ÖZ İŞİNİ GÖRDÜ
RƏSUL QULİYEVİN PULLARI YENƏ DƏ ÖZ İŞİNİ GÖRDÜ23-07-2012, 16:38 |
![]() DCUMH-NIN DAĞILMASININ ŞOK SƏBƏBLƏRİ - YALNIZ DİA.AZ-DA!!! DİA.AZ: - Məlum olduğu kimi, bu gün iki partiya Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının sıralarını tərk edib. Yayılan məlumatlara görə, ilk əvvəl DCUMH-u Liberal Demokrat Partiyası tərk edib. Bunun ardından da mətbuata açıqlama verən Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər onların da qurumu tərk edəcəklərini bəyan edib. Xatırladaq ki, sözügedən ittifaqın əslində elə Sülhəddin Əkbərin lideri olan, ABŞ-da siyasi mühacir həyatı yaşayan Rəsul Quliyevin sifarişi ilə bir neçə ay əvvəl yaranması hər kəsə məlumdur. Və bununla da ittifaqda KXCP, Aydınlır və В«AzadlıqВ» partiyaları qalmış olur. Məsələ ilə əlaqədar DİA.AZ-a məlumatı verən DCUMH-dakı mötəbər mənbə iddia edir ki, əslində blokun dağılması birbaşa olaraq Sülhəddin Əkbərdən qaynaqlanır. Mənbənin iddialarına görə, səbəb onun ACP sədri postunu ələ keçirməsindən sonra Rəsul Quliyevin siyasi fəaliyyətə ayırdığı pullara nəzarət etmə istəyilə bağlıdır. Belə ki, qeyri-rəsmi məlumatlara görə, Rəsul Quliyev həm ACP-nin və həm də DCUMH-nın bir aylıq fəaliyyəti üçün üst-üstə 30 min manat pulu bir aya xərcləyirmiş. Və mənbəmizin iddialarına görə, Açıq Cəmiyyət Partiyasının rəhbəri sükanını ələ aldıqdan sonra Sülhəddin Əkbər yeni liderini daha az pul xərcləməyin doğru olduğuna inandıra bilib və bu səbəbdən ACP əslində cəmiyyətdə В«Rəsul Quliyevin blokuВ» kimi tanınan DCUMH-nın sıralarını tərk edib. Bildirək ki, bu iddialarla bağlı Sülhəddin Əkbərin və digərlərinin də mövqelərini işıqlandırmağa hazırıq. Xatırladaq ki, buna qədər də DCUMH-da pul məsələsilə bağlı qalmaqal yaranmışdı. Həmin səbəbdən hətta В«AzadlıqВ» Partiyasının sədri Əhməd Oruc blok əleyhinə mətbuata açıqlamalar da verirdi. Daha bir pul qalmaqalı isə Rəsul Quliyevin blokda birləşən partiyaların liderlərini ABŞ-a dəvət edərkən yaşandı ki, indi də məsələ özünün kuliminasiya nöqtəsinə çatmış hesab oluna bilər. Yəni pulun ətrafında yaranmış birlik pulun gücünə dağıldı. Geri qayıt |