Əsas Səhifə > Güney Press / Manşet > NAZİRLƏRİN SÖZ DUELİNƏ ÇIXMASI MƏSƏLƏSİ BÖYÜYÜR

NAZİRLƏRİN SÖZ DUELİNƏ ÇIXMASI MƏSƏLƏSİ BÖYÜYÜR


23-07-2012, 16:00
NAZİRLƏRİN SÖZ DUELİNƏ ÇIXMASI MƏSƏLƏSİ BÖYÜYÜR

ZİYA MƏMMƏDOV YANĞIN ƏRAZİSİNİ NƏDƏN TƏRK EDİB?

DİA.AZ: - Keçən cümə günü Heydər Əliyev Mərkəzində çıxan yanğınla əlaqədar yaydığımız məlumatların birində vurğulamışdıq ki, olay yerinə gələn dövlət məmurları arasında mübahisəli durum da yaranıb. Belə ki, hadisə şahidləri fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədov arasında söz duelinin yaşandığını iddia etmişdilər.

İndi isə bu hadisə ilə əlaqədar redaksiyamıza yeni faktlar daxil olub. Məlumatlı mənbənin DİA.AZ-a söylədiklərindən belə aydın olur ki, Ziya Məmmədov FHN şefi ilə aralarında yaşanan mübahisənin ardından ərazini tərk edib.

Xatırladaq ki, həmin gün hadisə yerinə Kəmaləddin Heydərov daha gec çatıb və ondan erkən gələn Ziya Məmmədova xitabən В«nə yaman tez gəlmisən, deyəsən, buralarda gecələmisinizВ» ifadəsini işlədib.

Mənbəmiz iddia edir ki, bu sözdən sonra Ziya Məmmədov maşınına oturub və ərazini tərk edib. Daha sonra Kəmaləddin Heydərov yanındakı şəxslərə bildirib ki, o, burada hamını gözləyir, amma yanğının nəqliyyata nə aidiyyatı var.

Qeyd edək ki, bu qalmaqallı mübahisənin böyüyərək hətta hökumət üzvləri arasında müzakirə olunması barədə də xəbərlər almışıq. Bildirilənə görə, mübahisənin tərəflərinə В«yuxarılarВ» belə iradlarını çatdırıb.

Geri qayıt