Əsas Səhifə > Güney Press / Manşet > SƏBAYEL MƏKTƏBLƏRİ ƏN BƏRBAD OLANIDIR
SƏBAYEL MƏKTƏBLƏRİ ƏN BƏRBAD OLANIDIR23-07-2012, 15:17 |
![]() RAYON İCRA HAKİMİYYƏTİ MİSİR MƏRDANOVA GÖRƏ DANLANILDI DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, orta məktəblərin birinci siniflərinə qəbul prosesi əməlli-başlı bazara çevrilib. Belə ki, Bakının prestijli hesab olunan orta məktəblərinin rəhbərliyi öz tariflərini müəyyən edərək, hər bir birinci sinif şagirdinə görə, 1000-2000 manat arası pul tələb edirlər. Hətta bəzi yerlər var ki, bu qiymət 4000 manata qədər yüksəlir. Qeyd edək ki, bununla bağlı DİA.AZ portalı olaraq araşdırmalara başlamışıq və yaxın vaxtlarda həmin araşdırmalarımızın yekun nəticələrini diqqitənizə təqdim edəcəyik. Bəri başdan onu bildirə bilərik ki, ən bərbad durumda olanı Səbayel rayonu ərazisində yerləşən orta məktəblərdir. Belə ki, keçirdiyimiz rəy sorğularına əsasən, bu gün valideynlər məhz Səbayel rayonunda yerləşən orta məktəblərin rəhbərliyindən narazılıq edirlər. Bildirək ki, artıq bu məsələnin В«yuxarılarınВ» da diqqətini cəlb etməsi barədə xəbərlər yayılıb. Bu barədə DİA.AZ-a məlumat verən bilgili qaynağın iddialarına görə, hətta baş verənlərlə əlaqədar Səbayel rayon icra hakimiyyətinin rəhbərliyi danlanıb da. Amma buna rəğmən Səbayel RİH-dən В«yuxarılaraВ» bildirilib ki, bui şlə bağlı onların günahı yoxdur, çünki orta məktəblərdəki özbaşınalıq birbaşa olaraq təhsil nazirliyindən qaynaqlanır. Mənbəmiz hətta maraqlı bir faktı da açıqladı: В«Prezident Administrasiyasına belə bir hesabat da verilib ki, orta məktəb direktorları icra başçısının sözünü belə eşitmək istəmirlər, hətta İH adından edilən xahişlər də qulaqardına vurulurВ». Araşdırmalarımız davam edir. Bizi izləyin… Geri qayıt |