Əsas Səhifə > Partiya > MOLLALAR ABUTALIBOVU MƏHKƏMƏYƏ VERDİLƏR

MOLLALAR ABUTALIBOVU MƏHKƏMƏYƏ VERDİLƏR


26-10-2011, 16:47
MOLLALAR ABUTALIBOVU MƏHKƏMƏYƏ VERDİLƏR

ŞİKAYƏT 1 SAYLI BAKI İNZİBATİ İQTİSAD MƏHKƏMƏSİNƏ TƏQDİM OLUNUB

Azərbaycan İslam Partiyası (AİP) qurumun oktyabrın 22-də keçirmək istədiyi mitinqə razılıq vermədiyi üçün Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Partiyanın sədr müavini Hacı Akif Heydərlinin APA-ya verdiyi məlumata görə, bu gün şikayətlə bağlı müvafiq sənədlər 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə təqdim olunub.

İddiaya əsasən, paytaxt meriyası təşkilatın sərbəst toplaşmaq hüququnu bərpa etməli və dəyən mənəvi ziyana görə 5 min manat cərimə ödəməlidir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan İslam Partiyasına (AİP) oktyabrın 22-də paytaxtın “Ulduz” metrostansiyası və “Təbriz” kinoteatrı qarşısında mitinqi keçirmək istəyi ilə bağlı müraciətinə mənfi cavab verib və kütləvi aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.


Geri qayıt