Əsas Səhifə > Siyasət, Manşet > İRAN MƏCLİSİNDƏN ANTİAZƏRBAYCAN BƏYANATI
İRAN MƏCLİSİNDƏN ANTİAZƏRBAYCAN BƏYANATI23-07-2012, 13:34 |
FARS-MOLLA REJİMİ VAQİF ABDULLAYEVİN ÖLÜMÜNDƏN SUİ-İSTİFADƏ EDİR DİA.AZ: - Fars-molla rejimi Azərbaycanın üzərinə yeriməsi üçün yeni təbliğat imkanı əldə edib. İki həftə əvvəl Pneitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində dünyasını dəyişən İslam Partiyasının sədr müavini Vaqif Abdullayevlə bağlı Tehran istiqamətindən son günlər müxtəlif bəyanatlar səsləndirilməkdədir. Ayrı-ayrı iranlı din adamları tərəfindən «şəhid» elan edilən Vaqif Abdullayevin dünyasını dəyişməsi faktından Azərbaycan dövlətinə növbəti hücum fürsəti edən fars-molla rejimi bu qəbildən olan materiallarını durmadan artırır. DİA.AZ-ın «AranNews» portalına istinadən təqdim etdiyi aşağıdakı məlumatda da Vaqif Abdullayevin öülm işindən sui-istifadə cəhdi açıq-aşkar duyulmaqdadır. Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: «İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının vitse-prezidenti “Aran” müxbirinə müsahibəsində Azərbaycan hökumətinin AİP funksionerinin şəhadətinə səbəb olmuş qeyri-insani hərəkətinin pislənməsi barədə bəyanat verildiyini xəbər vermişdir. Doktor Mənsur Həqiqətpur AİP funksioneri hacı Vaqif Abdullayevin dini etiqadları, əsasən də hicabı müdafiə etdiyi üçün həbs olunmasına işarə edərək deyib: “Azərbaycan dövlətinin onunla rəftarı qeyri-qanuni olmuş və o ruhi, mənəvi və fiziki təzyiqlərə məruz qalması səbəbindən şəhid olmuşdur”. İslam Şurası Məclisinin nümayəndəsi bu bəyanatın 153 nəfər parlament nümayəndəsi, əsasən də azərilər yaşayan bölgələrin təmsilçiləri tərəfindən imzalandığını da açıqlayıb. O artırıb: “Nümayəndələr bu bəyanatda Azərbaycan dövlətinin bu hərəkətlərini pisləməklə yanaşı, Azərbaycan xalqının İslam dəyərləri uğrunda mübarizəsini və islami hərəkatlarını dəstəklədiklərini bildiriblər”. Qeyd edək ki, AİP-in sədr müavini hacı Vaqif Abdullayev hicab qadağasına etiraz etdiyi üçün 2011-ci ilin yanvar ayında əsassız və saxta ittihamlarla həbs edildi və bu ittihamların heç biri sübuta yetmədi. Qanuna əsasən, hacı Vaqif Abdullayev ağır xəstə olduğu üçün azad olunmalı idi. Lakin, Azərbaycanın təhlükəsizlik orqanları həkim analizinin nəticələrini və qanında xərçəng olmasını onun vəkilindən gizli saxlayıblar. AİP-in sədr müavini hacı Vaqif Abdullayev bir ömür İslam dəyərlərinin qorunması yolunda bir ömür müchidətdən sonra həbsxanada şəhadətə yetdi». Geri qayıt |