Əsas Səhifə > Gündəm, Manşet > VİLYAM HACIYEVİN VƏZİFƏ BAZARI «XOD» GEDİR
VİLYAM HACIYEVİN VƏZİFƏ BAZARI «XOD» GEDİR23-07-2012, 12:54 |
İMİŞLİDƏ BÜTÜN VƏZİFƏLƏR ALINA, SATILA VƏ BAĞIŞLANA BİLƏR DİA.AZ: - Samuxda özünün «islahatları» «vurub göz çıxaran» Vilyam Hacıyev İmişliyə başçı olduqdan sonra yenə də səs-küyü ilə mətbuatın «ən sevimli» hədəflərindən birinə çevrilib. Sanki bir cəbhə bölgəsi imiş kimi, bu gün İmişlidən gələn məlumatların sayı durmaq bilmir. Elə DİA.AZ-a daxil olan yeni xəbərlərdə də əsas qəhrəman Vilyam Hacıyevdir. Bu barədə redaksiyamıza ötürülən xəbərlərdən belə aydın olur ki, ilk olaraq İmişli sahibkarlarını hədəfə alan Vilyam Hacıyev indi də rayondakı idarələrin müdirlərini işdən çıxarıb-işə qoymaqla məşğuldur: «Hər bir idarə müdirinə konkret təlimat verilib. Tutduğu vəzifəsinin əhəmiyyətinə və miqyasına uyğun olaraq başçının haqqını verməlidir. Əks halda, vəzifəsi ilə vidalaşmalı olacaq və daha yenisi pulunu verməyən məmurun yerinə təyin olunacaq. Təbii ki, pulunu ödədikdən sonra». İmişlidə əməlli-başlı bazarın açıldığını bildirən mənbəmiz onu da bildirdi ki, rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirovun postu da bu gün alqı-satqı predmetinə çevrilib. Məlumatlara görə, artıq bu posta bir neçə iddialı olduğundan günü-gündən sözügedən vəzifənin qiyməti də qalxmaqdadır. Hələlik konkret kiminsə öndə olmadığını bildirən mənbəmiz yalnız onu bildirdi ki, rayon təhsil idarəsində müdir müavini vəzifəsini tutan Vahid Tağıyevin digər rəqibləri ilə müqayisədə daha diribaş tərpənir: «Artıq gərəkən ünvanlarla danışıqlar aparan müavin, hətta nazirlikdəki mühüm simalardan xeyir-duanı ala da bilib». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |