Əsas Səhifə > Cəmiyyət > “BAHALAŞMANIN SƏBƏBİ İNHİSARÇILIQDIR”
“BAHALAŞMANIN SƏBƏBİ İNHİSARÇILIQDIR”26-10-2011, 16:21 |
EYYUB HÜSEYNOV DA MONOPOLİSTLƏRİ İTTİHAM ETDİ Bazarın əksər seqmentlərində inhisarçılıq Azərbaycanda istehlak qiymətlərinin yüksək olmasının əsas səbəblərindən biridir. Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov bu gün “İnflyasiyanın aşağı düşməsi üçün istehlakçıların kollektiv məsuliyyətinin artırılması” layihəsinin reallaşmasının yekununa həsr olunmuş “dəyirmi masa”da bildirib. Layihə 2011-ci ilin aprel-oktyabr aylarında “Avrasiya” Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Əsasən bazarların monitorinqi, istehlakçılar arasında sorğu keçirilib, maarifləndirici tədbirlər həyata keçirilib, dövlət qurumlarına təkliflər göndərilib. Hüseynovun sözlərinə görə, araşdırmalar istehlakçıların maraqlarının qorunması ilə bağlı dövlət siyasətinin zəif olduğunu təsdiqləyib. Belə ki, istehlak bazarında qiymətlər süni şişirdilib. Bütün dünyada qlobal böhranın hökm sürdüyü dövrdə qiymətlər kəskin şəkildə aşağı düşüb, Azərbaycanda isə bu, baş verməyib. Azərbaycanlı iş adamları “bu fərqdən” yaxşı qazanıblar. Biznesmenlərdən qanunsuz pul yığılmasına toxunan Hüseynov qeyd edib ki, sahibkarların iki yolu var: ya öz hüquqları uğrunda mübarizə aparmalıdırlar, ya da rüşvət verməlidirlər. “Onlar ikincisini, daha əlverişli yolu seçirlər, lakin bu malların qiymətlərinin artmasına aparır. Sonda istehlakçılar uduzurlar”, - Hüseynov bildirib. Odur ki, istehsalçılar özləri fəal olmalı, öz hüquqlarını tələb etməlidirlər. Hüseynov ölkəyə keyfiyyətsiz malların gətirilməsi faktına dövlət qurumlarının çevik reaksiya mexanizmi yoxdur. “Ticarət şəbəkəsindəki malların 80%-i sertifikatlaşdırılmayıb və ümumilikdə sənədləri yoxdur. Alıcıların aldadılması praktikası geniş yayaılıb”, - o vurğulayıb. Hüseynov ölkə prezidentinin 31 may 2005-ci il tarixli fərmanının icra olunmadığını qeyd edib. Fərmana əsasən malların gömrüyə qədərki və daxili bazardakı qiymətləri barədə məlumat verilməlidir. Yalnız bir dəfə bu məlumat açıqlanıb və məlum olub ki, malın ölkəyə ölkəyə gətirilməzdən əvvəlki qiyməti və bazarda satış qiyməti arasında fərq 6-7 dəfə təşkil edir. Monitorinq aprel-oktyabr aylarında ət, balıq, günəbaxan yağı, yerli istehsallı çay daxil olmaqla, bəzi istehlak mallarının qiymətinin əsassız artdığını göstərib. Dövlət Gömrük Komitəsindən, İqtisadi İnkişaf Nazirliyindən və digər qurumlardan açıqlama almaq mümkün olmayıb. AİB “hakimiyyətin istehlakçıların səslərini eşitməsi” üçün mexanizmin yaradılmasını təklif edir. Onların Tarif Şurasında təmsilçiliyinin təmin olunması, istehlakçıların maraqlarının təmin olunması üzrə qanunların ekspertizanın aparılması, biznes qurumlarında “şikayət və təkliflər kitabı”nın bərpa olunması təklif edilir. Geri qayıt |