Əsas Səhifə > Cəmiyyət > RÜSTƏM İBRAHİMBƏYOVUN TİFAĞINI DAĞIDIRLAR

RÜSTƏM İBRAHİMBƏYOVUN TİFAĞINI DAĞIDIRLAR


23-07-2012, 12:33
RÜSTƏM İBRAHİMBƏYOVUN TİFAĞINI DAĞIDIRLAR

DAHA NEÇƏSİ AKİ-Nİ TƏRK EDİB

Bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını (AKİ) tərk etdi.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından Trend-ə verilən məlumata görə, öz ərizələri ilə ittifaqı tərk edənlər xalq artistləri Yalçın Əfəndiyev, Nuriyyə Əhmədova, Naxçıvan MR-in əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, əməkdar mədəniyyət işçiləri Pərviz Quliyev, Kamil Məmmədov, əməkdar artist Azad Şükürov, rejissorlar Rövşən İsmayılov, İlqar Safat, rəssam Mehriban Əfəndiyeva, aktyor Arif Kərimovdur.

İttifaqı tərk edənlər üzv olmaq üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına müraciət ediblər.

Məlumata görə, AKİ-dən çıxmaq barədə müraciət edənlər təzyiq və hədələrlə üzləşsələr də, ittifaqı tərk etmək üçün müraciət edənlərin sayı günü-gündən artır.

Geri qayıt