Əsas Səhifə > Cəmiyyət > UCARDA AĞIR YOL QƏZASI

UCARDA AĞIR YOL QƏZASI


22-07-2012, 13:17
UCARDA AĞIR YOL QƏZASI

BİR AİLƏDƏN 1 NƏFƏR ÖLÜB, 4-Ü AĞIR YARALANIB

Bu gün Azərbaycanın Ucar rayonunda bir ailənin bir üzvünün ölümü, 4-nün isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Qurbanov Elxan Əli oğlunun idarə etdiyi VAZ- 2107 markalı minik maşını KAMAZ markalı maşınla toqquşub.

Nəticədə sürücü E. Qurbanov hadisə yerində keçinib. Onun sərnişinləri, həmçinin qızı və nəvələri, Bakı şəhər sakinləri 9 yaşlı Eminli İsmayıl Asəf oğlu, 13 yaşlı Eminli Nigar Asəf qızı, 35 yaşlı Eminli Xalidə Elxan qızı və 19 yaşlı Qurbanov Elvin Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, Nigar Eminlinin xəsarəti yüngül, digərlərininki isə ağırdır. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar təcili tibbi yardım maşını ilə Bakıya yola salınıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırma aparılır.

Geri qayıt