Əsas Səhifə > Cəmiyyət > QORXMAZ HÜSEYNOV DİN-Ə QARŞI GEDİR

QORXMAZ HÜSEYNOV DİN-Ə QARŞI GEDİR


22-07-2012, 12:56
QORXMAZ HÜSEYNOV DİN-Ə QARŞI GEDİR

“AZƏRSU” NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİB

DİA.AZ: - Qorxmaz Hüseynovun rəhbəri olduğu “Azərsu” ASC Səhiyyə və Maliyyə nazirlikləri ilə Bakı Apellyasiya Məhkəməsində növbəti məhkəmə çəkişməsindən məğlub ayrılıqdan sonra «hədəf oxu»nu yenidən Dazili İşlər Nazirliyinə yönəldib.

Bu barədə mia.az verilən məlumata görə, “Azərsu” ASC-nin şikayəti əsasında Səhiyyə Nazirliyi və onun tabeliyində olan müəssisələrə yönəlik borc tələbi ilə bağlı ötən həftə Bakı Apellyasiya Məhkəməsinin hakim Səriyyə Seyidova qərarını elan edib: «Xatırladım ki, problemin ortaya çıxması nazirliyin büdcə təşkilatı olması və eyni zamanda, istifadə olunmuş suya görə yaranmış borcun əvvəlki illəri əhatə etməsi ilə əlaqəli olsa da, “Azərsu” bunu qəbul etmək istəmirdi. Nazirlik isə büdcə təşkilatı olduqlarından həmin borcun ödənilməsi üçün Maliyyə Nazirliyinin əlavə vəsait ayırmasını vacib sayırdı. Ona görə də, ASC rəhbərliyi Maliyyə Nazirliyini də 3-c şəxs qismində məhkəməyə cəlb etmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Səriyyə Seyidova 1 saylı İnzibati-İqtisadi Məhkəmənin nazirliyin xeyrinə çıxardığı qətnaməni qüvvədə saxlayan qərar verdi. Bu isə “Azərsu”yun yenidən uduzmasıdır».

Müsahibimiz bildirir ki, ASC rəhbərliyi bu tip məğlubiyyətlərinə baxmayaraq ayrı-ayrı büdcə təşkilatlarına qarşı oxşar iddialarını yenə də davam etdirir: «Ümumiyyətlə, bu tip borclar Nazirlər Kabinetinin qərarı ilə birdəfəlik həllini tapmalıdır. Ancaq «Azərsu» rəhbərliyi bunun üçün Nazirlər Kabinetinə deyil, məhkəmələrə müraciət edir. Bu dəfə su təsərrüfatı rəhbərliyi oxşar məsələ ilə bağlı yenidən Daxili İşlər Nazirliyinə qarşı məhkəmə savaşı açıb. Hansı ki, bir neçə ay əvvəl onlar arasında təxminən 70 minlik borcla bağlı məhkəmə çəkişməsi olub. Həmin vaxtı nazirlik borcun 50 min manat civarında olduğunu deyirdi. Əks tərəf isə 70 min. Bir sözlə, bu məhkəmə çəkişməsinin mürəkkəbi qurumamış «Azərsu» Daxili İşlər Nazirliyinə qarşı daha bir yeni iddia qaldırdı. Amma səhmdar cəmiyyət bu dəfə də birinci instansiya məhkəməsi sayılan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə uduzdu. Buna rəğmən, qurum həmin qətnamədən apellyasiya şikayəti verib. Hazırda bu şikayət Bakı Apellyasiya Məhkəməsində icraatdadır».

Hazırda “Azərsu” ASC-nin Daxili İşlər Nazirliyinə qarşı 11 min 777 manat 33 qəpiklik iddiası ilə bağlı şikayətinə də Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılır: “Prosesə iyulun 24-də start veriləcək”.

Məsələyə tərəflərdən münasibət öyrənə bilməsək də, Bakı Apellyasiya Məhkəməsindən isə «Azərsu» ilə Daxili İşlər Nazirliyi arasında yeni bir məhkəmə çəkişməsinin mövcudluğu təsdiqlənib.

Geri qayıt