Əsas Səhifə > Partiya > “QARABAĞ” BLOKUNUN TƏKLİFİ VAR

“QARABAĞ” BLOKUNUN TƏKLİFİ VAR


26-10-2011, 14:46
“QARABAĞ” BLOKUNUN TƏKLİFİ VAR

TÜRKİYƏ EVSİZLƏRİNƏ NAXÇIVANDA SIĞINACAQ...

Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında “Qarabağ” Blokunun İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda ölkədəki ictimai- siyasi vəziyyət müzakirə olunub. Müzakirə edilən əsas məsələ “Siyasi partiyalar haqqında” qanunla bağlı blokun təklifləri olub.
Sonra blok rəhbərliyi Türkiyənin Van şəhərində baş verən zəlzələ ilə bağlı müzakirələr aparıb. Qərara alınıb ki, Azərbaycan hökumətinə təkliflər ünvanlansın. Əsas təkliflərdən biri də qardaş ölkəyə yaranmış fövqəladə vəziyyətlə bağlı açıq yardım təklifləri edilsin.

Əsas təklif isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası yaxın sərhəd olan Vanda baş verən zəlzələdən sonra evsiz qalan insanların məskulaşdırılmasına başlanılsın. Blokun gəldiyi yekun qərar ondan ibarət olub ki, Azərbaycan hökuməti soyuq hava şəraitində evsiz qalan türkiyəli qardaşlarımızın Naxçıvnada boş qalan yüzlərlə evdə məskunlaşdırılmasına başlanılsın. Hətta müvəqqəti olaraq məskunlaşmaya görə, həmin boş evlərin sahiblərinə Azərbaycan hökuməti tərəfindən aylıq kompensasiyalar da ödənilsin.


Geri qayıt