Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN DAHA BİR TƏXRİBATÇI ADDIM GƏLDİ

İRANDAN DAHA BİR TƏXRİBATÇI ADDIM GƏLDİ


22-07-2012, 11:26
İRANDAN DAHA BİR TƏXRİBATÇI ADDIM GƏLDİ

ƏRDƏBİLİN İMAM-CÜMƏSİ VAQİF ABDULLAYEVİ «ŞƏHİD» ELAN ETDİ

DİA.AZ: - Bu ayın 12-si Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində dünyasını dəyişən İslam Partiyasının sədr müavini Vaqif Abdullayev İranda ayətullahlar tərəfindən «şəhid» elan olunub. Hər halda, «arannyus» portalında yer alan bu məlumatlardan da aydın olur ki, bu kimi yollarla rəsmi Tehran Azərbaycandakı iranmeyilli dindarları öz istiqamətlərində stimullaşdırmağa çalışır.

Amma fakt faktlığında qalır ki, şəhidlik hansısa siyasii rejimin bəxşişi yox, Allahın yanındakı mərtəbədir və bu mərtəbəyə yüksələn yolda insandan ilk tələb olunanı millətini, vətənini, Allahını sevməsidir.

DİA.AZ olaraq Vaqif Abdullayevin iranlı ayətullahlar tərəfindən «şəhid» elan edilməsi ilə bağlı məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

«Ərdəbilin imam cüməsi: Hacı Vaqif Abdullayev əmr be məruf şəhididir.

Hacı Vaqif, həkimlərin onun fiziki durumunun ağır və xərçəng xəstəliyinə tutulmasını bildirdikləri halda şəhid oldu.

«AranNews» Mənbəmizin məlumatına əsasən, Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində AİP funksioneri hacı Vaqif Abdullayevi əmr be məruf şəhidi adladırıb və onun həbsxanada şəhadətə yetməsinə işarə edərək deyib: “Hacı Vaqif, həkimlərin onun fiziki durumunun ağır və xərçəng xəstəliyinə tutulmasını bildirdikləri halda şəhid oldu”. Bu şəhidin təqsiri hicabı müdafiə etməsi idi və ona görə də 11 il Azərbaycan Respublikasının qorxunc zindanlarında həbs cəzası çəkməsinə məhkum olunmuşdu- deyə, imam cümə bildirib.

Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədr müavini keçən həftə həbsxanada şəhadətə yetdi».

Xatırladaq ki, Vaqif Abdullayev 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinmişdi.

Geri qayıt