Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISI TÜRK İŞ ADAMINA VAXT QOYDU

İCRA BAŞÇISI TÜRK İŞ ADAMINA VAXT QOYDU


20-07-2012, 17:31
İCRA BAŞÇISI TÜRK İŞ ADAMINA VAXT QOYDU

RAFİL HÜSEYNOVLA BÜLƏNT TORUN NƏYİ BÖLƏ BİLMİRLƏR?

DİA.AZ: - Masallıya icra başçısı təyin edildikdən sonra adı bir çox qalmaqallarda hallandırılan Prezident Administrasiyasının sabiq kuratoru Rafil Hüseynovla bağlı DİA.AZ-a ilginc məlumatlar daxil olub.

Bu barədə redaksiyamızı məlumatlandıran mötəbər mənbə bildirir ki, qardaş Türkiyənin “ESER Taahhut ve Sanayi A.Ş” adlı şirkəti Masallıda yolların təmiri işini həyata keçirir və artıq neçə gündür ki, Masallı rayon mərkəzinin bütün yolları keçilməz hala salınıb.

Məsələ heç də bu deyil. Yəni problem onda deyil ki, yerli sakinlər Bakıda olduğu kimi, dağılmış yollarla hərəkət etmək zorunda qalıblar. Məsələ ondadır ki, icra başçısı ilə sözügedən Türkiyə şirkətinin Azərbaycandakı rəhbəri olan Bülənt Torun arasında konflikt yaranıb.

Bu barədə məlumatı verən mənbə iddia edir ki, Rafil Hüseynov ona qədər baş verən bütün proseslərin artıq geridə qaldığını iddia edərək şirkət rəhbərliyini kabinetinə çağırıb: В«İcra başçısı Bülənt Toruna bildirib ki, yolların və su xəttlərinin təmiri üçün ayrılan vəsaitin 10 faizini ona verməlidirlər. Amma iş adamı bildirib ki, artıq 30 faiz əvvəlki icra başçısı Qəzənfər Ağayev tərəfindən götürülüb. Amma buna baxmayaraq, Rafil Hüseynov Bülənt Torunu eşitməyib və ona həmin vəsaitin başçıya çatdırılması üçün vaxt veribВ».

Mənbəmiz 10 faizlik vəsaitin təxminən 200 min manat olduğunu da bildirdi. Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləməkdə davam edin…

Geri qayıt