Əsas Səhifə > Ölkə > NARKOMAN MÜƏLLİMİ KİM QORUYUR?

NARKOMAN MÜƏLLİMİ KİM QORUYUR?


26-10-2011, 14:27
NARKOMAN MÜƏLLİMİ KİM QORUYUR?

PROKURORUN PROTESTİ TƏMİN EDİLMƏYİB

Ağdaş rayonunda üzərində narkotik vasitə aşkarlanan orta məktəb müəlliminin həbsi üçün prokurorun protesti təmin edilməyib.

APA-nın xəbərinə görə, rayonunun Yenicə kənd orta məktəbinin bədən tərbiyəsi və idman müəllimi, 1968-ci il təvəllüdlü Şıxəliyev Kamran Yaqub oğlu ötən həftə Ağdaş şəhərində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Üzərinə baxış keçirilən zaman onun cibindən iki kibrit qutusunda yerləşdirilmiş, çəkisi 8,39 qram qurudulmuş marixuana tapılıb. Kamran Şıxəliyev polis şöbəsinə verdiyi izahatında narkotik vasitədən istifadə etdiyini etiraf edib. Rayon prokuroru 22 ildir müəllim işləyən Kamran Şıxəliyevin həbsi üçün rayon məhkəməsinə təqdimat verib. Məhkəmə isə oktyabrın 19-da onun azadlığa buraxılmasına qərar verib. Prokuror yenidən Şəki Apeliyasiya Məhkəməsinə apeliyasiya protesti verib və oktyabrın 24-də protest rədd edilib, müəllim məhkəmə zalından azadlığa buraxılıb.


Geri qayıt