Əsas Səhifə > Ölkə, Manşet > «BİNƏ» TİCARƏT MƏRKƏZİ BAĞLANA BİLƏR

«BİNƏ» TİCARƏT MƏRKƏZİ BAĞLANA BİLƏR


20-07-2012, 14:52
«BİNƏ» TİCARƏT MƏRKƏZİ BAĞLANA BİLƏR

KƏBİRƏ MƏMMƏDOVANIN PULYIĞMA KAMPANİYASI SAHİBKARLARI BEZDİRİB

DİA.AZ: - Neçə müddətdir ki, «Binə» Ticarət Mərkəzi və bu mərkəzin sahibəsi Kəbirə Məmmədova ilə bağlı məlumatlar mətbuatın ən çox işlədiyi mövzulardan birinə çevrilib. Buna səbəbsə, son günlər Kəbirə Məmmədovanın TM-dəki sahibkarlara divan tutması göstərilir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, "Binə" ticarət mərkəzindəki sahibkarlar yenə qan ağlayır. Bir müddət əvvəl onlar etiraz edirdilər ki, Kəbirə Məmmədova ticarət mərkəzinin sahibkarlarını müflis etməkdədir. Səbəb isə az qala bazara hər gün bir nırx qoyulmasıdır.

Qeyd edək ki, bununla bağlı bir neçə gün əvvəl yerli qəzetlərdə də məlumatlar verilmişdi. Redaksiyamıza xəbər verən qaynağın sözlərinə görə, artıq Kəbirə Məmmədovanın sayəsində yaranmış dözülməz şərait «Binə»də çalışan sahibkarların qaçaq düşməsinə nədən olmaqdadır. Elə sıradan vətəndaşlar da təsdiqləyər ki, özgə vaxtlarda 7-8 sırada ticarət var idisə, indii sahibkarların «Sədərək» Ticarət Mərkəzinə üz tutması səbəbindən «Binə»də alver də zəifləyib, sahibkarların sayları da azalıb.

Məlumatlarda deyilir ki, bunun başlıca səbəblərindən biri Kəbirə Məmmədovanın hər dükan üçün sahibkarlardan 5 min manat tələb etməsidir. Dükan sahibləri bildirirlər ki, pulları şəxsən ticarət mərkəzi sahibinin özü toplayır:

"Sahibkarlar həmin pulu vermək istəmirlər və narazıdırlar. Bu narazılığı azaltmaq və onlardan tələb olunan pulu ala bilmək üçün bazar rəhbərliyi qeyri-adi bir yola əl atıb. Belə ki, öz adamları tələb olunan pulu verir, amma sonradan həmin pul geri qaytarılır. Məqsəd digər sahibkarlara psixoloji təzyiq etmək, istənilən məbləğin veriləsi gərəkdiyi fikri yaratmaqdır".

Sahibkarların bəziləri bildirdilər ki, yeni pultoplama kampaniyası ilə əlaqədar onlar da «Binə»dən getmə qərarını veriblər. «Rəhbərliyin istədiyi pulun əvəzinə, «Sədərək»dən iki yer götürüb işlədə bildiyimiz halda, biz nədən «Binə»də qalmalıyıq?» - deyə sahibkarlar sual edirlər.

Əgər belə davam edərsə, «Binə»nin bağlana biləcəyi də söylənilir. Çünki dükan yoxdursa, «Binə» alıcılar üçün də əhəmiyyətini itirəcək.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt