Əsas Səhifə > Siyasət, Manşet > NAZİRLƏR HADİSƏ YERİNDƏ SÖZ DAVASINA ÇIXDILAR
NAZİRLƏR HADİSƏ YERİNDƏ SÖZ DAVASINA ÇIXDILAR20-07-2012, 13:56 |
KƏMALƏDDİN HEYDƏROV ZİYA MƏMMƏDOVA NECƏ İLİŞDİ VƏ HANSI CAVABI ALDI? DİA.AZ: - Məlum olduğu kimi, bu gün səhər saatlarında Heydər Əliyev Mərkəzində güclü yanğın baş verib. Yanğın fövqəladə hallar nazirliyinin yanğınsöndürənlərinin gərgin səyi nəticəsində söndürülüb. Faktla bağlı araşdırmaların aparıldığı söylənilir. Bildirək ki, yanğın yerinə bir sıra dövlət məmurları axın edib ki, onların arasında FHN şefi Kəmaləddin Heydərov və nəqliyyat naziri Ziya Məmmədov da olub. Mətbuatdan da aydındır ki, hər iki nazir mehriban düşmənlər kimi xarakterizə olunurlar və bir müddət əvvəl, Nazirlər Kabineti, baş nazir parlamentdə hesabat verərkən Ziya Məmmədovla Kəmaləddin Heydərov arasında mübahisənin yaranması ilə bağlı məlumatlar da yayılmışdı. Heydər Əliyev Mərkəzinin yanması harayına gedən nazirlərin hadisə yerində də bir-birilərinə söz atdıqları söylənilir. Bu barədə DİA.AZ əməkdaşına məlumat verən hadisə şahidlərindən birinin sözlərindən belə aydın olur ki, ilk əvvəl əraziyə Ziya Məmmədov gəlib: «Sonradan Kəmaləddin Heydərovun maşınları gəldi və o, hadisə yerinə çatdığı zamanı ərazidə olan dövlət məmurları ilə bir-bir görüşdü. Ziya Məmmədovla görüşəndə isə Kəmaləddin Heydərov ondan tez gələn nəqliyyat nazirinə söz atdı». Mənbəmiz bildirir ki, FHN şefi əslində hamıdan tez ərazidə olmalı idi və məhz buna görə Ziya Məmmədovun ondan tez gəlməsinə işarə edərək nəqliyyat nazirinə «nə yaman tez gəlmisən, deyəsən, buralarda gecələmisiniz» ifadəsini işlədib. Və bu zaman güldüyü deyilən FHN şefinə Ziya Məmmədovdan da maraqlı cavab gəlib: «Nə edək? Görürük, bacarmırsınız, sizin də işinizi görməli oluruq». Geri qayıt |