Əsas Səhifə > Gündəm, Manşet > QUBA İŞİNDƏ ŞOK GƏLİŞMƏ: DEPUTAT HƏDƏFDƏ

QUBA İŞİNDƏ ŞOK GƏLİŞMƏ: DEPUTAT HƏDƏFDƏ


20-07-2012, 13:05
QUBA İŞİNDƏ ŞOK GƏLİŞMƏ: DEPUTAT HƏDƏFDƏ

RAUF HƏBİBOV İSTİNTAQA İFADƏSİNDƏ VAHİD ƏHMƏDOVUN ADINI ÇƏKİB

DİA.AZ: - Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata müsahibəsində 1 mart tarixində Qubada baş verən olaylarla bağlı ilginc fikirlər söyləyib. Əslində, PA rəsmisinin söylədikləri bu vaxta qədər qeyri-rəsmi qaynaqlara istinadən yaydığımız məlumatların rəsmi formada təsdiqi kimi də qubl oluna bilər.

Bildirək ki, “Qubada baş verənlər süni şəkildə qızışdırılmış hadisələr idi. Bunu rayon icra hakimiyyəti başçısına qarşı bəlli qruplar təşkil etmişdi” fikrinə müəlliflik edən Əli Həsənov onu da əlvaə edib ki, hazırda araşdırma gedir və bunu təşkil edənlərdən bəziləri məlumdur:

“Məlum olmayanlar da araşdırılır. Onlar müəyyən geniş qrupları da cəlb etmək üçün fəaliyyət göstəriblər, bu istiqamətdə addımlar atıblar. Bu məsələlər hazırda araşdırılır. Nə qədər ki, araşdırma başa çatmayıb, buna ciddi qiymət vermək istəmirəm. Çünki verilən hər bir qiymət araşdırmaya və məhkəmə prosesinə təsir edə bilər”.

Bununla bağlı DİA.AZ-a xəbər verən hakimiyyət içindəki qaynağın sözlərinə görə, əslində Qubada baş verən olaylarda maraqlı tərəf kimi çıxış edən şəxslərdən birinin artıq qubalı deputat Vahid Əhmədov olduğu tam olaraq təsdiqlənib. Sadəcə olaraq, Vahid Əhmədov konkret qüvvələrin himayəsi altında olduğundan və həmin qüvvələrlə PA-nın maraqları toqquşduğundan burada qəti qərarın verilməsi imkansızdır.

Xatırladaq ki, bir neçə gün əvvəl məlum olaylar zamanı vəzifəsindən azad edilmiş Qubanın sabiq icra başçısı Rauf Həbibovun istintaqçılar tərəfindən dindirildiyi də məlum oldu. Mənbəmiz bildirir ki, keçmiş icra başçısı istintaqa verdiyi ifadəsində hadisələrin süni şəkildə qızışdırılmasında fəallıq göstərən bir neçə şübhəli ünvanın adını çəkib ki, onların sırasında deputat Vahid Əhmədovun adı birinci gəlir.

Sabiq rayon rəhbərinin söylədiklərinin istintaq orqanları tərəfindən dəyərləndirilməsi isə, bir daha vurğulayırıq ki, məhz hakimiyyətiçi qüvvələr arasındakı münasibətlərdən birbaşa asılıdır.

Bütün tərəfləri dinləməyə hazırıq. Araşdırmalarımız davam edir.

Geri qayıt