Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTƏ ALTERNATİV KOMANDA YARANIR

HAKİMİYYƏTƏ ALTERNATİV KOMANDA YARANIR


20-07-2012, 12:21
HAKİMİYYƏTƏ ALTERNATİV KOMANDA YARANIR

UZUN MÜDDƏTDƏN BƏRİ SÜRƏN DANIŞIQLARLA BAĞLI İLGİNC MƏQAMLAR

DİA.AZ: - Neçə müddətdir ki, bir araya gəlmə problemi yaşayan müxalifət partiyalarının Böyük Birliyi artıq qapıdadır. Bu barədə məlumatı DİA.AZ-a İctimai Palataya aid qaynaqlar ötürüb. Mənbə iddia edir ki, Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Klassik Xalq Cəbhəsi, Liberal partiyalarının və həmçinin daha iki partiyanın (onlarla bağlı məsələ dəqiqləşməyib -red.) iştirakı ilə müxalifətin yeni ittifaqı yaranır.

Bu birliyin beynəlxalq qurumların təzyiqləri altında ərsəyə gəldiyini bildirən mənbəmiz onu da vurğuladı ki, əslində hər şey qarşıdan gələn prezident seçkilərinə hesablanıb:

«Rəsmi Bakının Qərblə münasibətlərinin hansı müstəvidə olduğu «Avroviziya» yarışmasından sonra tam bəlli oldu. Elə yarışmaya münasibətdə də bunu duymaq olardı. İndi bütün rəsmi KİV-lər təsadüfi deyil ki, özlərini daha çox Qərb ölkələrinin yaşadhığı problemlərə həsr edirlər. Onlar öz aləmlərindən Avropadan qisas alırlar. Gah məlumat verirlər ki, İspaniyada işsizlik kulminasiya həddinə çatıb, gah da məlumat verirlər ki, Almaniyada polis nümayişçilərə zor tətbiq edib. Sanki Azərbaycan dünyanın ən demokratik ölkəsidir və bizim rəsmilər avropalıların halına acıyırlar».

Yəni YAP iqtidarı ilə Qərbin münasibətlərindəki gərginliyin bu kimi hadisələrlə təzahür olunduğunu bildirən mənbəmizə görə, yerli müxalifət qüvvələri Avropa üçün bu gün hakimiyyətə qarşı əsas partnyor rolunu qorumaqdadır: «Açıq dəstək də ola bilər. Sadəcə olaraq müxalifət liderləri özlərində təpər hiss etməlidirlər. Və deyəsən, bu da olacaq».

Mənbəmiz yeni birliyin sentyabr ayında elan ediləcəyini də söylədi.

Geri qayıt