Əsas Səhifə > Güney Press / Manşet > GƏNCƏLİLƏR İKİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

GƏNCƏLİLƏR İKİ PREZİDENTƏ MÜRACİƏT ETDİ


19-07-2012, 15:03
GƏNCƏLİLƏR İKİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

В«BİZƏ ELMAR VƏLİYEVİN QAPILARI LAZIM DEYİLВ»

DİA.AZ: - Neçə müddət Azərbaycanla Gürcüstan arasında Gəncənin qədim qala qapılarının mübahisəsi aparılsa da, gürcülər Gəncədəki məhşur zəlzələdən sonra oğurladıqları qala qapılarını Azərbaycana təhvil vermədilər. Halbuki bu gün onlar əslində Azərbaycanın tarixi torpaqları hesab olunan ərazilərdəki hansısa kilsənin davasını aparırlar ki, bu məsələdə Azərbaycan tərəfinin sanki bir qorxaq mövqedə dayanması açıq-aşkar hiss olunandır.

Təbii ki, Gəncənin qədim qala qapıları ilə bağlı məlumatları boşundan diqqətinizə çatdırmadıq. Bu günlərdə Gəncədə olan əməkdaşımız bildirir ki, artıq gürcülərdən əlini üzən rəsmi Bakı Gəncədə yeni qala qapıları inşa etməkdədir ki, bu da Gəncə sakinlərində böyük narazılığa səbəb olub.

Bununla bağlı DİA.AZ əməkdaşına Gəncədə olarkən müraciət edən bir qrup gəncəli bildirdi ki, onlar hər iki ölkənin dövlət başçısına müraciət hazırlayırlar. Narazı gəncəlilər qədim qapıların Gəncəyə qaytarılmasını tələb edirlər və rəsmi Bakının bu mövzuda aparılan danışıqlardakı dişsiz mövqeyindən şikayət edirlər.

Gürcüstan prezidenti Mixail Saakaşviliyə ünvanlanan məktubdan bəzi sitatları təqdim edirik:

GƏNCƏLİLƏR İKİ PREZİDENTƏ MÜRACİƏT ETDİ
tarixi Gəncə qapıları

В«Siz Bakıda olarkən Azərbaycanın Milli Məclisində bir tarixi çıxış etdiniz. Çıxışınızdan belə məlum oldu ki, Gürcüstanın tarixi ilə yanaşı, Azərbaycanın da tarixini, mədəniyyətini kifayət qədər öyrənmiş bir şəxssiniz. Yəqin ki, siz oxuduğunuz tarix kitablarında belə bir fikrə rast gəlmisiniz ki, hazırda Tiflisdə kilsədə girov saxlanılan Gəncə qapıları oğurluqdur və həmin qapılar Azərbaycan xalqının qiyməti heç nə ilə ölçülməyən tarixi dəyərlərindən biridir.

Biz Sizin Azərbaycana dost mövqedə dayanmağınıza güvənərək, Sizdən bir xahişdə bulunuruq: Bu tarixi ədalətsizliyə son qoyacaq addımı atın və Gəncənin qapılarını Gəncəyə qaytarınВ».

Qeyd edək ki, prezident İlham Əliyevə ünvanlanan məktubda isə bildirilir ki, rəsmi Bakı Gürcüstan hökuməti ilə danışıqlarını aparmalı və qədim qapıları Gəncəyə qaytarmalıdır: В«Bizə Elmar Vəliyevin yeni qapısı lazım deyilВ».

Onu da qeyd edək ki, gürcülər Gəncənin qədim qapılarını guya ki, bir hərbi qənimət kimi saxlayırlar.

Geri qayıt