Əsas Səhifə > Ölkə, Manşet > QUBADA “ZAPRAVKA" MÜDİRİ HƏBS OLUNDU

QUBADA “ZAPRAVKA" MÜDİRİ HƏBS OLUNDU


19-07-2012, 14:40
QUBADA “ZAPRAVKA" MÜDİRİ HƏBS OLUNDU

O DA KEÇMİŞ BAŞÇIYA QARŞI İŞDƏ SUÇLU BİLİNİR

DİA.AZ: - İyulun 11-də Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hüseynov Quba hadisələri ilə bağlı həbs edilmiş “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və redaktor Zaur Quliyevin həbs müddətini daha iki ay - sentyabrın 17-dək uzadıb. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.

Vəkil həmçinin qeyd edib ki, iyulun 18-də Bakı Apellyasiya Məhkəməsində jurnalistlərin aşağı instansiya məhkəməsinin həbs qərarından şikayətini təmin etməyib. Hakim Mirpaşa Hüseynov Vüqar Qonaqovun və Zaur Quliyevin barəsində həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Onun sözlərinə görə, Quba hadisələri üzrə cinayət işlərinin üç qisimdə məhkəməyə göndəriləcəyi gözlənilir. Belə ki, jurnalistlərin işi, Cinayət Məcəlləsinin 186-cı cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi üzrə həbs edilənlərin işi və Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə həbs edilənlərin işi ayrılıqda məhkəməyə göndəriləcək.

Vəkil ehtimal edir ki, jurnalistlərin işi avqust ayında məhkəmə baxışına göndərilə bilər.

Hadisələrlə bağlı həbs edilənlərin vəkillərinin qənaətinə görə, hazırda Quba hadisələri ilə bağlı 40-dək adam həbsdədir.

Yerli sakinlərdən Turan-a bəlli olub ki, bu günlərdə Qubanın sabiq İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun çıxışının sosial şəbəkələrdə yayılmasına görə daha bir nəfər həbs edilib. O, Qubadakı yanacaqdoldurma məntəqələrindən birinin müdiridir. Amma onun adını dəqiqləşdirmək mümkün olmayıb.

Martın 1-də Qubada (Bakıdan 170 kilometr şimalda) iğtişaşlar baş verib. Qubada etiraza İcra Hakimiyyəti başçısının yerli əhalini təhqir edən çıxışının youtube.com saytına yerləşdirilməsi səbəb olub. Ümumi kontekstdə sosial vəziyyətlərindən, məmur davranışından narazı vətəndaşlar etiraz aksiyası keçiriblər. Dinc aksiya sonradan zorakı xarakter alıb. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırıb. Sonra daxili qoşun hissələri ilə qarşıdurma olub. Etirazçılar polis qüvvələrinə daş, asfalt parçaları və kəsəklərlə hücum çəkiblər. Polis isə gözyaşardıcı qazdan istifadə edib. Deputat Vahid Əhmədovun vasitəçiliyi etirazlar səngiyib və icra başçısının vəzifədən azad edilməsi adamların evlərinə dağılmasına səbəb olub.

Fakt üzrə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və yə bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılıb və Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilib. Həyata keçirilən tədbirlərlə cinayətdə iştirak etmiş 25 şəxs müəyyən olunaraq istintaqa cəlb edilib. İndiyədək ondan çox adam həbs olunub. Həbs olunanlar arasında “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev də var.

Geri qayıt