Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AVROPA İTTIFAQI NET MÖVQE QOYDU

AVROPA İTTIFAQI NET MÖVQE QOYDU


19-07-2012, 12:22
AVROPA İTTIFAQI NET MÖVQE QOYDU

QURUM QONDARMA REJİMİN SEÇKİ KEÇİRMƏSİNİ PİSLƏDİ

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton bəyanatla çıxış edib. Bəyanatda deyilir:

“İyulun 19-da Dağlıq Qarabağda “prezident seçkiləri” keçirilir. Xatırlatmaq istərdim ki, Avropa İttifaqı onların keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır. Bu “seçkilər” münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlarda Dağlıq Qarabağın gələcək statusunu əvvəlcədən müəyyən etməməlidir.

Mən Avropa İttifaqının ATƏT-in Minsk Qrupu ilə bağlı tam dəstəyini, xüsusilə həmsədrlərin Madrid prinsipləri əsasında münaqişənin dinc yolla həlinə yönələn səylərini təsdiqləyirəm.

Mən tərəfləri irəliləyişə nail olmağa imkan verən Madrid prinsipləri əsasında həll yolunu tapmaq üçün öz səylərini artırmağa çağırıram. Avropa İttifaqı bu istiqamətdə yardım göstərməyə hazırdır”, - bəyanatda deyilir.

Geri qayıt