Əsas Səhifə > Siyasət, Manşet > SƏHİYYƏDƏ 20 MİLYONLUQ ƏMƏLİYYAT

SƏHİYYƏDƏ 20 MİLYONLUQ ƏMƏLİYYAT


19-07-2012, 11:42
SƏHİYYƏDƏ 20 MİLYONLUQ ƏMƏLİYYAT

NAZİR MÜAVİNİ «AVROMED»İN ƏLİ İLƏ DÖVLƏT BÜDCƏSİNİ NECƏ TALAYIR?

DİA.AZ: - Son günlər Səhiyyə Nazirliyi dərman biznesinə ciddi surətdə əl gəzdirməklə məşğuldur. Doğrudur, bu qəbildən olan tədbirlər nazirlik tərəfindən «islahatlar» kimi təqdim olunsa da, əslində SN-nin bir dövlət qurumu olaraq sözügedən istiqamətdəki monapolist qüvvələrin biznes maraqlarının keşikçisinə çevrilməsi bir faktdır.

Qeyd edək ki, bu gün dərman bazarında favorit mövqedə dayananı «Avromed» şirkətidir. Bu şirkətə isə son parlament seçkilərində Şəkidə deputat seçilmiş Cavanşir Feyziyev rəhbərlik edir. Bu gün «Avromed» SN-dəki dayaqlarının hesabına həm apteklərin üzərində hökmranlığa malikdir və həm də «dövlət ehtiyacı» adı altında satın alınan dərman preparatlarının də yeganə təminatçısı kimi çıxış etməkdədir. Bunda isə deputatın nazirlikdəki ortağının - səhiyyə nazirinin müavini Elsevər Ağayevin müstəsna xidmətləri var.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Səhiyyə Nazirliyi keçən ay «Avromed»in xətti ilə Müdafiə Nazirliyinə qiyməti 170 milyon manat dəyərində olan dərman məmulatlarını ölkəyə gətirilməsinə şərait yaradıb. Mənbəmizin söylədikləri: «Diqqət yetirin, müdafiə nazirliyinin dərman ehtiyacı «Avromed» tərəfindən ödənilib. Və bu işdə səhiyyə nazirliyinin işbaz məmurları araçı rolu oynayaraq, sözügedən alış-veriş prosesindən ən azından 20 milyon manat vəsaiti mənimsəyiblər. Çünki SN-dən müdafiə nazirliyinə şişirdilmiş qiymətlər təqdim olunub».

Bu kimi faktların yetərincə olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, «Avromed»in xətti ilə SN-dəki işbaz məmurlar onlarla əməliyyat həyata keçirib, büdcə pullarını talamaqla məşğuldurlar.

Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir.

Geri qayıt