Əsas Səhifə > Ölkə > AZƏRBAYCAN TÜRKLƏRİNİN ŞAH BABASI
AZƏRBAYCAN TÜRKLƏRİNİN ŞAH BABASI17-07-2012, 14:40 |
BU GÜN BU MÖHTƏŞƏM TÜRK OĞLUNUN DOĞUM GÜNÜDÜR Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində türk mənşəli zadəgan ailəsində anadan olub. 13 yaşında İsmayıl artıq müstəqil fəaliyyətə başlayır. 1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edir. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu. Onun dövründə Səfəvilər dövləti qüdrətli dövlətə çevrildi. Şah İsmayıl Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi – Azərbaycan və İran şahənşahı, Səfəvilər dövlətinin banisi, klassik Azərbaycan şairi olub. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl Xətai zamanında istifadə olunub. Məşhur, ölməz şair şeirlərini "Xətai" təxəllüsü ilə yazıb. 1501 — 1524 23 may Tacqoyma: 1501 Sələfi: Səfəvilər dövlətinin əsasını qoymuşdur Xələfi: I Təhmasib Dini: İslam Təvəllüdü: 17 iyul 1487-ci il Ərdəbil Vəfatı: 23 may 1524-cü il (36 yaşında) Sərab yaxınlığında Dəfn yeri: Ərdəbil, Şeyx Səfi kompleksi Sülalə: Səfəvilər sülaləsi Atası: Şeyx Heydər Anası: Aləmşah Bəyim (Marta Xatun) Həyat yoldaşı: Taclı bəyim Uşaqları: oğlanları: Rüstəm Mirzə, I Təhmasib, Sam Mirzə, Alxas Mirzə, Bəhmən Mirzə ; qızları: Xanım xanım, Pəri xanım, Məhinubanu Şahzeynəb xanım, Firəngiz xanım Geri qayıt |