Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT DAHA BİR “DİŞSİZ FİQUR”A FÜRSƏT VERİR
HAKİMİYYƏT DAHA BİR “DİŞSİZ FİQUR”A FÜRSƏT VERİR17-07-2012, 13:34 |
RÖVNƏQ ABDULLAYEVİN BAŞ NAZİR POSTUNA GƏTİRİLMƏSİ İLA BAĞLI PLAN DİA.AZ: - Son dövrlər ölkə mətbuatında ARDNŞ prezidenti Rövnəq Abdullayevin baş nazir postuna hazırlandığı barədə məlumatlar geniş yayılmaqdadır. Bu barədə yayılmış məlumatlarda deyilir ki, heç bir iddiası olmayan bu şəxsin Artur Rəsizadənin yerinə gətirilməsini istəyən hakimiyyətiçi qruplara qarşı çıxanlar da az deyil. Həmçinin bu əsnada maraqlı proseslər də baş verir. DİA.AZ-a hökumət içindəki qaynaqlardan daxil olan məlumatlarda deyilir ki, R.Abdullayevin baş nazir olmasını istəyən əsas qüvvə hakimiyyət daxilində ən aparıcı qruplaşmalardan biri hesab olunur. Onların apardıqları təbliğat isə ondan ibarətdir ki, ARDNŞ prezidenti öz «bacarığı» və «əhaliyə olan münasibəti»nə görə ölkənin ikinci şəxsi ola bilər. Hər halda, ARDNŞ şefinin Sulutəpədəki “qəhrəmanlığı” bu deyilənləri inkar etsə də, təbliğatçıları Abdullayevin artıq həmin prosesi geridə qoyduğunu da iddia edirlər. Mənbə deyir ki, burada məqsəd ondan ibarətdir ki, cəmiyyətdə sözügedən şəxslə bağlı müsbət rəy formalaşsın. Bunun üçün də onun haqqında bəzən fərqli fikirlərin yaradılmasına da çalışılır. Məlumatda o da deyilir ki, R.Abdullayevin baş nazirlik postuna gətirilməsinin ən başlıca səbəbi onun heç bir siyasi iddiasının olmamasıdır. Artur Rəsizadənin yerinə «ən layiqli namizəd» olaraq nəzərdən keçirilən ARDNŞ prezidenti isə bu prosesdə sadəcə, vasitə kimi nəzərdə tutulur. Ona görə də, haqqında nə deyilməsindən asılı olmayaraq, səsini belə çıxarmır. Bildirilir ki, onun baş nazir olmasını istəməyən əsas qüvvə isə FHN rəhbəri Kəmaləddin Heydərovdur. Mənbənin verdiyi məlumata görə, Heydərov özü baş nazir olmaq istədiyindən Abdullayevin önə çıxmasına mane olmağa çalışır və bu məqsədlə müxtəlif mətbuat orqanlarında onun «vurulması»nı təşkil edir. Qaynaq onu da deyir ki, K.Heydərov bu məqsədlə nəzarətindəki mətbuatla yanaşı, maliyyələşdirdiyi partiyalardan birinin sədrini də önə verib. Onun sözlərinə görə, həmin partiya sədri vaxtaşırı müxtəlif bəyanatlar verərək ARDNŞ rəhbəri haqqında mənfi imicin yaradılması ilə məşğuldur. Geri qayıt |